Tənzilə Məmmədova: "Yaşlı insanlarda artroza daha çox rast gəlinir"
30.01.2024 10:56
Hər yaş dövrünün oynaq xəstəlikləri müxtəlif olur. Uşaqlarda kəskin revmatik qızdırma (revmatizm) nəticəsində oynaq xəstəlikləri meydana gəlir. Yaşlılarda isə bu, ən çox artroz şəklində qığırdaq toxumasının yeyilməsi, zədələnməsi ilə özünü göstərir. Oynaqlarda olan ağrılar həm oynağın özünün bir çox revmatik xəstəlikləri nəticəsində, həm də qeyri-revmatik xəstəliklər nəticəsində yaranır. Revmatik xəstəliklərə kəskin revmatik qızdırma (revmatizm), birləşdirici toxumanın sistem xəstəlikləri (sistem qurdeşənəyi, sistem sklerodermiya, dermatemiozid şeqren xəstəliyi və s.) aiddir. Həmçinin psoriaz, kron kimi xəstəliklər, habelə QİÇS, sifilis, hepatit viruslar və brusellyoz kimi infeksion xəstəliklər nəticəsində də artritlər, yəni oynaq ağrıları yarana bilər.
Aztibb.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 39 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Tənzilə Məmmədova məlumat verib.
Terapevt bildirib ki, fərqli xəstəliklər səbəbindən oynaqlarda yaranan ağrılar da müxtəlif xarakterli olur. Kəskin revmatik qızdırma ən çox uşaqlarda, yeniyetməlik və gənc yaşlarda rast gəlinir ki, bu zaman ən çox iri oynaqlar zədələnir. Bu ağrılar uçucu xarakter daşıyır, yəni, gün keçdikcə bir oynaqda yaranan ağrı digər oynağa keçə bilir. Xəstəliyin səbəbi tam müalicə edildikdə heç bir iz buraxmadan oynaqlarda olan ağrı və iltihabi proseslər tam keçib-gedir. Buna görə də, ilk növbədə xəstəliyin əsas səbəbini müalicə etmək lazımdır.
Onun sözlərinə görə, birləşdirici toxumanın sistem xəstəliklərinin müalicəsi əvvəlcə patogenetik, daha sonra simptomatik aparılmalıdır. Həmçinin yaşlı insanlarda daha çox artrozlar baş verir. Bu, qığırdaq toxumasının zədələnməsi, degenerativ dəyişikliklə müşahidə edilən prosesdir. Bu zaman qığırdaq toxumaları zədələndiyinə görə, oynaqlarda ağrılar, şişkinliklər, xırçıltılar, hərəkət məhdudluğu yaranır:
"Revmatoid artritlərə müxtəlif yaşlarda rast gəlinir. Bu zaman kiçik oynaqlar zədələnir. Səhərlər buxovlanma hissi olur, sağalma baş vermir. Xəstəlik sonda oynaqların kontrakturası ilə (oynaqların hərəkət məhdudiyyəti) nəticələnə bilər. Proses uzun müddət davam etdiyinə görə, sağalma olmur və pasiyent mütəmadi dərman preparatları qəbul edir. Revmatoid artritlərin həm patogenetik, həm də simptomatik müalicəsi mövcuddur”.
Tənzilə Məmmədova əlavə edib ki, oynaq xəstəliklərinin müalicəsi, ilk növbədə patogenetik (xəstəliyin səbəbi), daha sonra fizioterapevtik və dərman preparatları ilə aparılır. Oynaq ağrılarının diaqnozu laborator, instrumental, rentgenoloji müayinələrə əsasən qoyulur. Oynaq ağrıları müxtəlif xəstəliklər səbəbindən baş verdiyinə görə, hər biri fərqli müayinə metodu ilə araşdırılmalıdır. Profilaktik məqsədlə kalsium, maqnezium, D vitamini, mikroelementlərlə zəngin qidalardan istifadə etmək lazımdır. Bununla yanaşı, oynaqları zədələnmələrdən, ağır çəkidən qorumaq lazımdır. İlkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə zamanında müraciət etməklə xəstəliklərin inkişafının qarşısını vaxtında almaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

