Tələbələr üçün yeni tədris vəsaitləri işıq üzü görüb  
11.12.2023 15:45

Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” nəşriyyatında Patoloji anatomiya kafedrasının əməkdaşları – professor Ədalət Həsənov, dosent Akif Ələkbərov və dosent Müşfiq Orucov tərəfindən tərtib edilmiş “Patologiya” adlı dərslik və professor Ədalət Həsənov, dosent Müşfiq Orucov və dosent Elçin Əkbərov tərəfindən tərtib edilmiş “Oral pathology” (ingilis dilində) adlı dərs vəsaiti işıq üzü görüb.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Bildirilib ki, 284 səhifədən və 23 fəsildən ibarət olan “Patologiya” adlı dərslik İctimai səhiyyə fakültəsinin “Tibb bacısı” və “Fizioterapiya və tibbi reabilitasiya” ixtisaslarının tələbələrinə tədris edilən “Patologiya” fənninin tədris proqramları əsasında tərtib edilib. Dərslikdə ümumi və xüsusi patologiya haqqında ətraflı məlumatlar öz əksini tapıb. Ümumi patologiyaya aid materialları 1-6-cı, xüsusi patologiyaya aid materialları isə 7-23-cü fəsillər əhatə edir. Kitabdan adı çəkilən ixtisasların tələbələri ilə yanaşı, tibbi feldşer ixtisası tələbələri, həmçinin rezidentlər və praktik həkimlər də istifadə edə bilərlər.

 

İngilis dilində yazılmış  “Oral pathology” adlı dərs vəsaiti Stomatologiya fakültəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Dərs vəsaitində ağız boşluğu xəstəliklərinin patologiyası haqqında ətraflı məlumat verilib. Dərslik-atlas stilində  tərtib edilmiş vəsait 7 fəsildən və 252 səfhədən ibarətdir. I fəsildə ümumi patologiyaya giriş, II fəsildə dişlərin və diş ətinin klinik morfologiyası, III fəsildə dişlərin patologiyası, IV fəsildə paradontun patologiyası, V fəsildə ağız boşluğunun selikli qişasının və dilin patologiyası, VI fəsildə çənə sümüklərinin patologiyası və nəhayət VII fəsildə ağız suyu vəzilərinin patologiyası haqqında müfəssəl məlumatlar yer alıb. Nəşr rezidentlər və praktik həkimlər üçün də faydalı ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub