Sumqayıt Perinatal Mərkəzdə "Təbii xarakterli fövqəladə hadisələr" mövzusunda maarifləndirici tədbir keçirilib
08.12.2023 11:07
Sumqayıt Tibb Mərkəzinin (STM) tabeliyində fəaliyyət göstərən Perinatal Mərkəzdə "Təbii xarakterli fövqəladə hadisələr" mövzusunda maarifləndirici tədbir keçirilib.
 
STM-dən Aztibb.az bildirilib ki, Perinatal Mərkəzin kollektivinin qatıldığı tədbirin məqsədi səhiyyə işçilərinin yarana biləcək fövqəladə hallara hazır olması, baş verə biləcək fövqəladə hadisə zamanı davranış qaydalarının təkmilləşdirilməsi olub.
 
Sumqayıt Tibb Mərkəzinin Mülki müdafiə bölməsinin aparıcı mütəxəssisi Bənövşə Sayılova təbii xarakterli fövqəladə hadisələr haqqında geniş məlumat verib, o cümlədən zəlzələ zamanı davranış qaydalarından danışıb.
 
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları