Alimlər ilk dəfə uzunömürlülük mexanizmini bir məməlidən digərinə köçürüblər
22.05.2026 11:44

Alimlər torpaqsiçanının uzunömürlülüklə əlaqəli genini siçan genomuna köçürərək onların həm ömür müddətini artırmağa, həm də sağlamlığını yaxşılaşdırmağa nail olublar.

 

Aztibb.az "Science Daily"ə istinadən xəbər verir ki,tədqiqat Rocester Universitetinin alimləri tərəfindən aparılıb.

 

Alimlər mexanizmin başqa orqanizmdə də işləyib-işləmədiyini yoxlamaq üçün torpaqsiçanına məxsus hialuronan-sintaza 2 genini digər siçanların genomuna daxil ediblər. Nəticədə modifikasiya olunmuş heyvanların toxumalarında yüksək molekullu hialuron turşusunun (HMW-HA) səviyyəsi artıb.

 

Tədqiqat göstərib ki, bu siçanlar spontan şişlərə və kimyəvi yolla yaradılan dəri xərçənginə qarşı daha davamlı olub. Bundan əlavə, onların bağırsaq sağlamlığı daha yaxşı qorunub, yaşlanma zamanı müxtəlif toxumalarda iltihab səviyyəsi isə daha aşağı qeydə alınıb. Siçanların orta yaşam müddəti təxminən 4,4 faiz artıb.

 

Araşdırmanın rəhbəri, Vera Qorbunova bildirib ki, bu nəticələr uzunömürlü məməlilərdə formalaşmış unikal bioloji mexanizmlərin digər canlıların ömür müddətini artırmaq üçün istifadə oluna biləcəyini sübut edir.

 

Onun sözlərinə görə, əldə olunan artım böyük görünməsə də, əsas əhəmiyyət bir növdə yaranmış uzunömürlülük mexanizminin uğurla başqa növə ötürülməsindədir. Növbəti məqsəd isə eyni yanaşmanın insan orqanizmində tətbiq imkanlarını araşdırmaqdır.

 

Alim qeyd edib ki, tədqiqat torpaqsiçanlarında HMW-HA maddəsinin aşkar edilməsindən başlayaraq siçanlarda təsirinin sübut olunmasına qədər ümumilikdə 10 il davam edib.

 

Alimin həmkarı Andrei Seluanov isə komandanın artıq hialuron turşusunun parçalanmasını ləngidən molekulları müəyyən etdiyini və onların klinikayaqədərki sınaqlarının aparıldığını açıqlayıb.

 

Bundan əvvəl Pirogov Russian National Research Medical University-nin elmi işlər üzrə prorektoru, molekulyar bioloq və genetik Denis Rebrikov irsi genetik xəstəliklə uşağın doğulması riskinin təxminən 1 faiz olduğunu bildirmişdi. Onun sözlərinə görə, qapalı etnik və ya dini icmalarda genetik pozuntuların yaranma ehtimalı daha yüksək ola bilər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Diabet və böyrəklər: səssiz təhlükə
 Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində peyvəndləmə davam etdirilir   
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?
Oromandibulyar distoniya nədir?
Xaçmaz rayonu Nabran kənd sakinlərinin səyyar tibbi müayinəsi təşkil olunub
 ATU nümayəndəsi Afinada keçirilən beynəlxalq pediatriya konqresində elmi təqdimatla çıxış edib   
Gəncədə