Qırğızıstanlı müəllim və tələbələr ATU-da akademik mübadilə prosesinə cəlb edilib
26.05.2026 15:03
İsa Axunbayev adına Qırğızıstan Dövlət Tibb Akademiyasının müəllim və III-IV kurs tələbələrindən ibarət 10 nəfərlik nümayəndə heyəti akademik mübadilə proqramı çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) olub.
ATU-dan Aztibb.az-a verilən məlumata görə, ölkələr arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq çərçivəsində reallaşdırılan səfər qırğızıstanlı mütəxəssislərin tibbi bioetika fənni üzrə müasir metodoloji yanaşmaları mənimsəməsi, yerli təcrübənin öyrənilməsi və nəzəri biliklərin praktik müstəvidə təkmilləşdirilməsi məqsədi ilə təşkil olunub.
Mübadilə dövründə ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Nailə Sultanova, I Daxili xəstəliklər kafedrasının dosenti, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Törə Sadıqova və Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, tibb üzrə fəlsəfə doktoru, dosent Təranə Tağı-zadə qırğızıstanlı müəllim və tələbə heyəti ilə görüş keçiriblər.
Həmçinin T.Tağı-zadənin rəhbərliyi ilə bioetikanın prinsipləri və müasir pediatriyada etik yanaşmaları əhatə edən geniş kurs təşkil olunub, daha sonra tədris proqramı 2 saylı Klinik Uşaq Xəstəxanasında klinik şəraitdə etik normaların tətbiqinə dair ustad dərsləri və mühazirələrin dinlənilməsi ilə davam edib. Reanimasiya və intensiv terapiya bölmələrində xəstələrin idarə olunması prosesi ilə də yaxından tanış olan heyət həkim-pasiyent münasibətlərini praktik izləyib.
ATU-da yeni doğulmuşların reanimasiyası üzrə xüsusi treninqi uğurla başa vuran nümayəndə heyətinə sertifikat və xatirə hədiyyələri verilib.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

