ATU Qazaxıstanda keçirilən Avrasiya Otolarinqoloqlar Assambleyasında uğurla təmsil olunub
26.05.2026 16:30

Azərbaycan Tibb Universiteti (ATU) Qazaxıstanın Astana şəhərində keçirilən Avrasiya Otolarinqoloqlar Assambleyasında uğurla təmsil olunub. ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian Assambleya çərçivəsində təşkil olunan “Otolarinqologiyada yeni aspektlər – baş və boyun cərrahiyyəsi” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, tədbirdə professor V.Pənahianın "Odontogen haymorit: cərrahi müalicə taktikasının seçimi" adlı məruzəsi  böyük maraqla qarşılanıb.

 

Konfrans LOR xəstəliklərinin müalicəsində müasir üsullarını müzakirəsi, otolarinqologiya və baş-boyun cərrahiyyəsində innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müxtəlif ölkələrin mütəxəssisləri arasında təcrübə mübadiləsi məqsədini daşıyıb.

 

Qazaxıstanın Səhiyyə Nazirliyinin dəstəyi, “Qazaxıstan Milli Elmi Birliyi: Otolarinqologiya – Baş və Boyun Cərrahiyyəsi” və Astana Tibb Universiteti tərəfindən təşkil olunan tədbir Əməkdar xadim, Milli Elmlər Akademiyasının akademiki, Otolarinqologiya kafedrasının müdiri, professor Rais Tulebayevin 85 illik yubileyinə həsr olunub.

 

Beynəlxlaq tədbirə Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya, Özbəkistan, Tacikistan, Polşa, Çexiya və Bolqarıstan nümayəndələri də qatılıblar.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır