28 May – Müstəqillik Günü: Cümhuriyyətin səhiyyə fədailəri və tarixi zəfəri
28.05.2026 07:45

Bu gün Azərbaycan xalqının tarixinin ən şanlı və parlaq səhifələrindən biri olan 28 May Müstəqillik Günüdür. 1918-ci ildə Şərqdə ilk demokratik, hüquqi və dünyəvi respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması ilə millətimiz öz müqəddəratını təyin etmək hüququnu bütün dünyaya bəyan etdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət dövlət quruculuğu, təhsil, ordu və xarici siyasət sahələrində böyük addımlar atdı. Bu addımların ən fədakar və çətin, lakin bir o qədər də uğurlu olan istiqamətlərindən biri isə milli səhiyyə sisteminin qurulması idi.

Aztibb.az Cümhuriyyət tarixi ilə bağlı araşdırmlara istinadən yazır ki, AXC hökuməti fəaliyyətə başladığı ilk günlərdən xalqın sağlamlığını dövlətin əsas prioriteti elan etdi. 1918-ci doqquzuncu iyununda Xalq Səhiyyəsi və İctimai Təminat Nazirliyi yaradıldı. İlk səhiyyə naziri isə görkəmli həkim və ictimai xadim Xudadat bəy Rəfibəyli oldu.

Müharibə, daxili iğtişaşlar, yoxsulluq və dözülməz antisanitariya şəraitində fəaliyyətə başlayan nazirlik, qısa müddətdə ölkənin tibbi xəritəsini tamamilə dəyişməyi bacardı. Ölkə əhalisinə, xüsusən də kəndlilərə pulsuz tibbi yardım göstərilməsi haqqında qərar qəbul edildi. Bakı, Gəncə, Şuşa, Şəki və digər şəhərlərdə yeni xəstəxanalar, ambulatoriyalar və dövlət aptekləri açıldı. Tibb fakültəsinin açılması və Bakı Dövlət Universitetinin təsisi ilə gələcək milli həkim ordusunun təməli qoyuldu.

Cümhuriyyət dövrünün həkimləri təkcə ağ xalatlı tibb işçiləri deyil, həm də cəbhədə vuruşan əsgərlər qədər fədakar qəhrəmanlar idilər. O illərdə ölkəni bürüyən taun, vəba, qarın yatalağı və malariya (malyariya) kimi dəhşətli epidemiyalar kütləvi qırğınlara yol açırdı.

Səhiyyə kadrlarının çatışmadığı, tibbi ləvazimatların tapılmadığı bir dövrdə Azərbaycan həkimləri və tibb bacıları gecə-gündüz bilmədən, öz canlarını təhlükəyə ataraq xəstə ocaqlarına yollanırdılar. Bir çox gənc həkim infeksion xəstələri müalicə edərkən özləri də bu xəstəliklərə yoluxaraq şəhid oldular, lakin xidmətlərindən geri çəkilmədilər.

Məhz həmin həkimlərin fədakarlığı sayəsində ölkədə antisanitariya ilə mübarizə komitələri yaradıldı, kütləvi peyvəndləmə işlərinə başlanıldı və epidemiyaların qarşısı böyük ölçüdə alındı.

Cümhuriyyət dövründə əsası qoyulan tibb məktəbi, humanizm və fədakarlıq ənənələri bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilir. Bu gün müasir tibbi texnologiyalarla təchiz olunmuş xəstəxanalarımız, dünyaya səs salan həkimlərimiz varsa, bunun ideoloji kökləri məhz 1918-ci ilin çətin günlərində qoyulub.

28 May – Müstəqillik Günündə bizə bu azadlığı bəxş edən siyasi liderlərimizlə yanaşı, millətin fiziki varlığını qorumaq üçün öz canını sipər edən, adları tariximizə qızıl hərflərlə yazılmış fədakar həkimlərimizin ruhu qarşısında da ehtiramla baş əyirik.

Müstəqillik Günümüz mübarək olsun!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır