Uqanda Ebola təhlükəsinə görə Konqo ilə sərhədini bağlayıb
29.05.2026 13:54

Uqanda hakimiyyəti Konqo Demokratik Respublikası ilə sərhədlərin dərhal bağlanması barədə qərar qəbul edib.

 

Aztibb.az xarici mediaya istinadla xəbər verir ki, bu addım Konqoda Ebola virusuna yoluxma hallarının artması və bunun Uqanda ərazisinə də keçməsi fonunda atılıb. Qərar Uqandada Ebola ilə mübarizə üzrə yerli işçi qrupu tərəfindən qəbul olunub. Bildirilib ki, mayın 15-də Konqoda epidemiyanın elan edilməsindən əvvəl həmin ölkədən gələn xəstələrlə təmasda olmuş səhiyyə işçiləri arasında virusa tutulma halları artıb.

 

Uqanda hökuməti indiyədək ölkədə Ebola virusuna 7 yoluxma halının təsdiqləndiyini açıqlayıb. Yoluxanlar arasında 59 yaşlı kişinin mayın 14-də paytaxt Kampala şəhərində vəfat etdiyi qeyd olunub.

 

Rəsmi məlumatlara görə, ölkədə qeydə alınan yoluxmaların sayı sabit qalsa da, xəstələrlə təmasda olan şəxslərin, xüsusilə də tibb işçilərinin sayı artır. Bu səbəbdən hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq məqsədilə profilaktik tədbirləri daha da sərtləşdirib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır