Lənkəranda 100-dən çox tibb işçisi və valideyn üçün uşaqların peyvəndlənməsinin əhəmiyyəti barədə tədbir təşkil edilib  
21.11.2023 09:39
Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Azərbaycan Pediatriya Cəmiyyəti (AzPC) tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi və Səhiyyə Nazirliyi, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə Lənkəran şəhərində uşaqların peyvəndlənməsi ilə bağlı növbəti maarifləndirmə tədbiri keçirilib.
 
TƏBİB-dən Aztibb.a-a bildirilib ki, silsilə şəkildə müxtəlif regionlarda təşkil edilən “Mifə yox, elmi sübutlara inanaq: Peyvəndlə bağlı biliklərin artırılması üzrə təlim” adlı tədbir ÜST-nin Avropa İmmunlaşdırma Gündəliyi - 2030 təşəbbüsünə uyğun olaraq “Heç bir uşağı peyvənddən kənarda qoymayaq” şüarı altında keçirilib.
 
Təlimi keçirməkdə məqsəd tibb işçilərinin və valideynlərin peyvəndlənmə ilə bağlı məlumatlılığını artırmaq və peyvəndlərlə bağlı yanlış təsəvvürləri aradan qaldırmaq olub.
 
Təlimə Lənkəran, Lerik, Yardımlı, Masallı və Astara rayonlarında fəaliyyət göstərən 100 nəfərə yaxın pediatr, tibb bacısı və qardaşı, həmçinin peyvənddən imtina edən valideynlər cəlb olunub.
 
Tədbirin birinci hissəsində AzPC-nin İdarə Heyətinin üzvləri və Səhiyyə Nazirliyinin mütəxəssis-ekspertləri Nigar Bayramova, Erkin Rəhimov və Əli Quliyev tərəfindən valideynlərlə peyvəndlə bağlı tərəddüdlər barəsində müzakirələr aparılıb və onların sualları cavablandırılıb. Görüşdə mütəxəssislər son dövrdə yayılan qızılca xəstəliyindən qorunmaq üçün uşaqların peyvənd olunması ilə bağlı valideynlərə çağırış edib.
 
Günün ikinci hissəsində isə AzPC-nin mütəxəssisləri tibb işçiləri üçün uşaq vaksinasiyası, peyvəndlə qarşısı alına bilən xəstəliklərin ağırlaşmaları, yanlış əks göstərişlər və s. mövzuları əhatə edən sessiyalar keçiriblər.
 
Tədbirin sonunda tibb işçiləri və valideynlər bu kimi canlı müzakirə əsasında təşkil olunan maarifləndirmə tədbirlərinin çox faydalı olduğunu bildiriblər.
 
Diqqətə çatdıraq ki, ilk maarifləndirmə tədbiri ötən ay Şirvan şəhərində 100-dən çox tibbi işçisi və 50-yə yaxın valideynin iştirakı ilə baş tutmuşdu. Növbəti aylarda da Bakı, Gəncə, Quba və Şəki şəhərlərində də eyniməzmunlu tədbirlərin təşkil olunması davam etdiriləcəkdir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev