Pandemiya dövründə gün ərzində 6-7 dəfə su içmək immunitetə müsbət təsir edir
22.07.2020 10:09

Tərləyərkən bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq əmələ gəlir. Bu zaman boğaz quruyur və su içmək istəyi yaranır. Orqanizmin gündəlik su tələbatı çəkiyə uyğun olaraq hesablanır. Belə ki, gün ərzində hər kiloqram çəkiyə 30 millilitr su qəbul edilməlidir. Onun miqdarı ilin fəsillərinə və qidaya görə dəyişə bilər.

 

Tədqiqatlara görə, orqanizmin 70, qanın 90 faizini su təşkil edir. Sudan az istifadə edilməsi ciddi sağlamlıq problemlərinə səbəb olur. Pandemiya dövründə gündə 6-7 dəfə su içmək immunitetə müsbət təsir edir.

 

Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Elnur Eldaroğlunun bildirdiyinə görə, orqanizmdə gedən gündəlik metobolik proseslər nəticəsində qalıq məhsullar, yəni toksinlər yalnız su vasitəsilə xaric olunur. Metobolik proseslər maye mühitdə faydalı maddələrin hüceyrəyə daxil olması və ziyanlı maddələrin xaric edilməsinə xidmət edir.

 

Su təkcə daxili deyil, zahiri gözəllikdə də mühüm əhəmiyyət kəsb edir. Gün ərzində vaxtlı-vaxtında su qəbul edilməsi dərinin daha parlaq və təravətli olması üçün vacibdir.

 

Həkim-fitoterapevt deyib: “Su dəriyə nəmlik və elastiklik verir, kollagen sintezini aktivləşdirir. Suyu az qəbul edənlərdə dəri xəstəliklərinin əmələgəlmə riski çox olur və onlarda allergik və qabıqlanma ilə gedən dəri xəstəlikləri müşahidə edilir. Qəbul edilən suyun çox hissəsi günün birinci yarısında yeməkdən yarım saat əvvəl içilməlidir. Ürək-damar xəstələri, hipertoniya, qalxanvari vəz və böyrək çatışmazlığı olanlar ödemlərə meyilli olurlar və ona görə onlar qəbul etdikləri suyun miqdarını nəzərə almalıdırlar”.

 

Lakin suyu çox soyuq içmək olmaz. Soyuq su ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir. Eyni zamanda, həzm sisteminin funksiyası da pozulur, xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir. Mütəxəssisin bildirdiyinə görə, yemək zamanı soyuq su içmək mədədə olan qidanın sürətlə qovulmasına və aclıq hissinin daha tez yaranmasına səbəb olur. Təbii ki, bu da öz növbəsində, piylənməyə aparıb çıxarır.

 

Suyun çox soyuq içilməsi ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir: “Otaq temperaturunda olan suyun içilməsi daha məqsədəuyğundur. İsinmiş orqanizm ona uyğun temperaturda su qəbul etməlidir. Dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməmək lazımdır, çünki bu zaman diş emalı zədələnir və karies yaranır”, - deyə həkim-fitoterapevt bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub