Kron və xoralı kolitin simptomları nələrdir? - Rəfael Həsənov açıqladı
28.10.2023 13:14
Tez-tez qarında, göbək ətrafında ağrılar, qızdırma, köp, daimi qurultular, eləcə də gündə 5-10-20 dəfə baş verən, qanlı, bəlğəmli, sulu, müalicəyə çətin tabe olan ishal kron və ulserativ (xoralı) kolitin simptomları ola bilər.
Aztibb.az xəbər verir ki, bu barədə Diaqnoz Tibb Mərkəzinin qastroenteroloq-endoskopisti Rəfael Həsənov məlumat verib.
Həkimin sözlərinə görə, kron və ulserativ kolit bağırsağın iltihabi xəstəlikləridir. Genetik meyilliyi olan insanlarda müxtəlif səbəblərdən (ekologiya, əsəb, stress, qeyri-düzgün qidalanma və həyat tərzi, disbioz) immun sistemdə pozulmalar baş verir, nəticədə mədə-bağırsaq traktının müxtəlif şöbələrində sonlanmayan iltihabi proseslər gedir, bağırsaq divarında get-gedə dərinləşən, hətta bağırsağın deşilməsinə səbəb olan yaralar yaranır.
"Bu xəstəliyin inkişafına ən çox səbəb olan amillərdən biri disbioz və dəlikli bağırsaq sindromudur", - deyən Rəfael Həsənov kron xəstəliyinin bütün mədə-bağırsaq traktını, ulserativ kolitin isə yoğun bağırsağı zədələyini diqqətə çatdırıb.
Qastroenteroloq bildirib ki, kron xəstəliyinin fəsadları aşağıdakılardır:
- Obstruksiya (bağırsaq keçməməzliyi);
- Fistul (bağırsaqdan-bağırsağa, bağırsaqdan-sidik kisəsinə, bağırsaqdan-dəriyə açılan yol);
- Abses.
O, ulserativ kolitin fəsadlarını da sadalayıb:
- İldırımsürətli kolit;
- Striktura (daralma);
- Şiddətliqanaxma;
- Displaziya;
- Toksik meqakolon;
- Kolorektal kancer;
- Perforasiya.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

