Tədqiqat: Üzüm bağlarının yaxınlığında yaşayan uşaqlarda leykemiya riski daha yüksəkdir
20.10.2023 11:49

Fransalı tədqiqatçılar üzüm bağlarının yaxınlığında yaşayan uşaqların leykemiyaya tutulma riskinin artdığını aşkar ediblər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla məlumatına görə, Milli Sağlamlıq İnstitutu və Paris Şəhər Universitetinin bir qrup mütəxəssisi tərəfindən bu istiqamətdə araşdırma aparılıb. Araşdırmaya görə, evlərindən 1 km məsafədə böyük üzüm bağlarına sahib olan gənclərin qan xərçəngi riskinin artdığı açıqlanıb.

 

Tədqiqat Bordo istisna olmaqla, əsas şərab istehsal edən bölgələrdə riskin artdığını göstərib. Riskin üzüm bağları üçün istifadə edilən pestisidlərdə olduğunu ifadə edən mütəxəssislər, sözügedən kimyəvi maddələrin növlərini araşdırmayıb. Fransada əkinlərə ağır pestisidlərdən istifadənin insan sağlamlığına təsiri barədə ictimaiyyətin məlumatlandırması gözlənilir.

 

Üzüm bağları ilə evlər arasında 150 metrlik məsafənin saxlanmasına çağırış edən fransız kampaniyaçılar qlifosatın, eləcə də üzüm bağlarında istifadə olunan iki dərmanın – folpet və spiroksaminnin üzüm bağlarının ətrafındakı ərazilərdə insan sağlamlığına zərər verdiyini bildirirlər.

 

Tədqiqatçılar 2006-2013-cü illərdə üzüm bağlarının yaxınlığında yaşayan və leykemiyadan əziyyət çəkən 15 yaşından kiçik 3711 uşağın məlumatlarını hesablayıblar. Həmçinin xəstəlikdən əziyyət çəkməyən və üzüm bağlarının yaxınlığında yaşayan 40 196 uşağın məlumatlarə araşdırılıb.

 

1 kilometrlik ərazidə üzüm bağlarının aşağı səviyyədə olduğu ərazilərdə əlavə leykemiya halları müşahidə olunmayıb, lakin ərazi daxilində üzüm bağlarının hər 10 faiz artımına görə xəstəliyə yoluxma hallarında 8 faizə qədər artım aşkar edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır