COVID-19-dan ölümü proqnozlaşdırmaq mümkün olub
21.10.2020 21:50

“Oksford” və digər Britaniya universitetlərinin mütəxəssisləri COVID-19-dan ölümü təxmin edə biləcək alqoritm hazırlayıblar.

 

www.sciencemediacentre.org saytı xəbər verir ki, bu barədə araşdırma BMJ jurnalında dərc olunub.

 

COVID alqoritmi insanlar haqqında mövcud məlumatları - onların yaşını, etnik mənsubiyyətini, xəstəlik tarixçəsini və s. “ələkdən keçirərək” kimin koronavirusu ağır formada keçirmək riskinin çox olduğunu müəyyənləşdirir.

 

Alqoritmin hazırlanması zamanı alimlər Britaniya xəstəxanalarındakı 19-90 yaş arası 6 milyon pasiyent, o cümlədən 4 384 COVID-19 xəstəsi haqqında məlumatlardan istifadə ediblər. Tədqiqatçılar onlar haqqındakı məlumatları (yaş, xəstəliklər, bədən kütləsi indeksi, etnik mənsubiyyət), xəstəxanada qalma müddətini və COVID-19-dan ölüm riskini müqayisə ediblər. Alınmış model aralarında 2 000-dən çox koronavirus xəstəsi olan daha 2 milyon xəstə üzərində test edilib.

 

Tədqiqatçılar ölən COVID-19 xəstələrinin 70%-dən çoxunun ölüm vaxtını dəqiq şəkildə təxmin edə biliblər. Alimlər qeyd edirlər ki, model riski proqnozlaşdırmaq məqsədi daşıyır və ayrı-ayrı amillərin ona necə təsir etdiyini izah etmək məqsədi daşımır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır