Xayada şiş, kəskin ağrı - Furnye qanqrenası
04.10.2023 10:28

Furnye qanqrenası ildırımsürətli kəskin infeksion proses olub, əsasən xarici cinsiyyət orqanlarını və aralığın toxumasını əhatə edir. Aralıq dedikdə iki budun arası, xayalıq və anus arasında olan sahə başa düşülür. Bu xəstəlik ilk dəfə Fransız həkimi Jan Alfred Furnye tərəfindən qeydə alınıb və ona görə də Furnye qanqrenası adını daşıyır.

Aztibb.az xəbər verir ki, uroloq-androloq Ziyad Əliyevin bildirdiyinə görə, Furnye qanqrenası əsasən xayalıqda və qasıq nahiyyəsində, həmçinin çanaq dibi orqanlarında və aralıqda aparılan əməliyyatlardan sonra yaranır.

Həmçinin sadalanan nahiyyələrin travmalarından sonra müşahidə edilir. Kəskin infeksiyalaşma nəticəsində xayalığın toxuması şişir, qızarır, kəskin ağrılı olur. Şişkinlik qasıq kanalı və aralıq nahiyyəsinə yayılır. Xəstənin bədən temperaturu yüksəlir, halsız olur, ürəkbulanma, qusma da ola bilir.

Ölümlə nəticələnmə ehtimalı 40% dən yüksəkdir. Vaxtında müdaxilə edilərsə tam sağala bilən xəstəlikdir. Bu zaman ilk yardım xayalığın açılması və orada olan irinin xaric edilməsidir. Əlbəttə ki, yanaşı olaraq antibakterial, infuzion terapiya effektivliyi artırır.

Əlamətləri

Əlamətlər yerli və ümumi olmaqla iki qrupa bölünür. Yerli əlamətlər də öz növbəsində erkən və gecikmiş olmaqla ayrılır.

Erkən əlamətlər: xarici cinsiyyət orqanlarında, əsasən xayalıqda şişkinlik, kəskin ağrı və eritemadır. Eritema dedikdə dərisinin qızarması başa düşülür.

Gecikmiş əlamətlər : xayalığın və aralıq toxumasının nekrozu, xayalığın toxumasında krepitasiya (əllə toxunduqda xışıltı) və xayalıqdan irinli möhtəviyyatın xaric olması. Ola bilər ki, irinli möhtəviyyat xaric olmasın. Lakin USM-də irinli möhtəviyyatın toplanması aşkarlansın. (Bu halda təcili cərrahi müdaxilə aparılaraq oradakı irin evakuasiya) olunmalıdır. Furnye qanqrenası zamanı xəstənin ölümünün səbəbi də məhz bu irinin qana keçərək septki şoka səbəb olmasıdır.

Diaqnostikası

Yuxarıda sadalanan əlamətlərə görə təcrübəli həkim uroloq – androloq üçün diaqnozu dəqiqləşdirmək bir o qədər də çətin deyildir. Əlbəttə ki, Furnye qanqrenası zamanı xəstənin sağalması və hətta həyatda qalması həkimin bilik və bacarığından, klinik manevr qabiliyyətindən çox asılıdır.

Müalicəsi

Əksər hallarda cərrahi müdaxiləyə ehtiyac duyulur. Vaxtında cərrahi müdaxilə aparılmadıqda xayalığın dərisi tam nekrozlaşa və demorkasion xətdən ayrılaraq qopub düşə bilir. Bu zaman xayalar dəri örtüyündən məhrum olmuş şəkildə qalır. Sonradan isə rekonstruktiv – plastik əməliyyata ehtiyac duyulur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub