Ağır anadangəlmə pnevmoniya ilə doğulan körpə sağlamlığına qovuşub
01.10.2023 10:06

Ağır anadangəlmə pnevmoniya ilə doğularaq intubasiyada olan körpə Respublika Perinatal Mərkəzinin Yenidoğulmuşların reanimasiyası və intensiv terapiyası bölməsində 54 gün müalicə alıb.


Mərkəzdən Aztibb.az-a bildirilib ki, körpə daha sonra Yenidoğulmuşların patologiyası şöbəsində müalicəsini davam etdirib.


Uzun mübarizədən sonra körpə ailəsi ilə birlikdə evinə yola salınıb.