Son illərdə pandemiyanın başlaması ilə insanların ən yaxın tibb məsləhətçisi olan əczaçılara ehtiyac artıb
25.09.2023 16:15

25 sentyabr Beynəlxalq Əczaçılar Günü kimi qeyd edilir. Əczaçılıq insan sağlamlığı ilə bağlı olduğu üçün insanlıq tarixi qədər qədimdir. Keçmişdən bu günə qədər texnoloji inkişaflarla bərabər, əczaçılıq peşəsi müasirləşsə də, onun əsas məqsədi həmişə insan sağlamlığına faydalı olmaq olub.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in Resursların idarə olunması departamentinin Dərman və tibb vasitələri şöbəsinin müdiri Elmin Quliyevin sözlərinə görə, əczaçılar dərman vasitələrinin təsiredici maddəsinin istehsalından son məhsulun istehsalına qədər dərman vasitəsinin hazırlanmasının hər bir mərhələsinə və insanlara dərman vasitələrinin düzgün şəkildə çatdırılmasına cavabdehdirlər:

“Bu proses ciddi bilik və təcrübə tələb edir. Buna uyğun olaraq əczaçılıq təhsili geniş bir akademik intizamla təmin edilir. Əczaçılar insanları sağlamlıq vəziyyətləri haqqında birbaşa məlumatlandırır və istiqamətləndirirlər. Xüsusilə son illərdə bütün dünyada pandemiyanın başlaması ilə insanların ən yaxın tibb məsləhətçisi olan əczaçılara ehtiyacı artıb. Əczaçılar pandemiya zamanı istifadə edilməli olan qida əlavələri və dərman vasitələri haqqında ən müasir məlumatları təqdim etmək üçün çox məsuliyyətlə işləyiblər. Əczaçılıq peşəsi, özəl və dövlət aptekləri, xəstəxana, sənaye və dövlət qurumları kimi bir çox iş sahələrinə sahibdir.

 

Biz xəstəxanada pasiyentlər üçün mövcud olan bütün dərman və tibb vasitələrinin çatdırılmasından tutmuş pasiyentlərə lazımi müalicələrin təmin edilməsinə qədər bütün proseslərə cavab veririk. Dərman vasitələrinin düzgün qəbul qaydasında istifadə olunması, düzgün şəkildə saxlanılması, istifadə müddətinin yoxlanılması və müvafiq dozalarda xəstələrə çatdırılması bizim əsas vəzifə borcumuzdur. Biz xəstəxanalarda olan bütün tibb işçiləri ilə, xüsusən də həkimlər və tibb bacıları ilə daim sıx əlaqə saxlayır, pasiyentlərimizin tibbi ehtiyaclarını qarşılamağa çalışırıq”.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
 ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub   
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub