"Altsheymer xəstəliyinin müalicəsi nevroloq və psixiatr tərəfindən psixofarmakoloji metodlarla həyata keçirilir" - Şəbnəm Məmmədova
21.09.2023 14:30
Altsheymer xəstəliyi demensiyaya səbəb olan xəstəliklər arasında ən sıx görülən xəstəliklərdəndir. Son illər bu cür xəstələrin sayında artım müşahidə olunur.
 
Xəstəliyin risk faktorları yaş, cinsiyyət, ailə üzvlərində xəstəliyin olması, yaddaşın itirilməsi ilə nəticələnən kəllə-beyin travmaları, daun sindromu, hipotiroidizm və s. göstərmək olar. Bəzi insanlarda bu xəstəlik simptomları büruzə vermədən uzun illər gizli inkişaf edə bilər.
 
Bu barədə Aztibb.az-a Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Şəbnəm Məmmədova məlumat verib.
 
Onun sözlərinə görə, Altsheymer bəzi xəstələrdə çox yavaş, bəzilərində nisbətən daha sürətlə inkişaf edir.
Xəstəliyin əsas xüsusiyyəti unutqanlıqdır. Yaşlı insanlarda olan hər hansı bir unutqanlıq həkim tərəfindən qiymətləndirilməlidir. Yaşlılıq unutqanlığı ilə xəstəlik əlaməti olan unutqanlıq arasındakı fərq mütəxəssis tərəfindən müəyyən edilməlidir. Bu fərq xəstənin müayinəsi, xəstənin yaxınları tərəfindən verilən məlumatlar, beyin funksiyalarını qiymətləndirən nevropsixoloji qiymətləndirmə və lazım olduqda digər köməkçi müayinələrin (MRT, KT, qan testləri) nəticələri əsasında təyin edilir.
 
Şəbnəm Məmmədova qeyd edib ki, Altsheymer xəstəliyinin başlanğıcında unutqanlıq az olur. Məsələn, xəstə gördüklərini, yediyi yeməyin adını, mağazadan almaq istədiklərini unutmağa başlayır. Zamanla unutqanlıq artır və xəstə ümumiyyətlə yeni hadisələri qeyd etməyə başlayır. Məsələn, 5 dəqiqə əvvəl verdiyi sualı dəfələrlə verə bilər. Nəvələrinin adlarını unuda bilər. Qoyduğu əşyaların yerini xatırlamaya bilər. Ancaq xəstə keçmişindən, xüsusən gəncliyindən və 30-40 yaşlarından təəccüblü bir təfərrüatla da danışa bilər.
 
"Unutqan yaşlı birisi yaxşı bildiyi yolları tapa bilmirsə, evə gedə biləcəyi yolu itirirsə və ya evə gedən yolu çox axtarırsa  Altsheymer xəstəliyindən şübhələnmək lazımdır", - deyən nevroloq Altsheymer xəstəliyinin müalicəsinin psixofarmakoloji metodlarla həyata keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, xəstələrə, eyni zamanda beyin mübadiləsini və beyin qan dövranını yaxşılaşdıran dərmanlar, ürək fəaliyyətinin tənzimləyiciləri müəyyən edilir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır