Sidik axarı daşları nədir və necə müalicə olunur?
23.09.2023 11:08
Sidik axarı daşları ən çox 30-60 yaş arasında və kişilərdə qadınlara nisbətlə 3 dəfə artıq görülür. Genetik faktorlar, iqlim, qidalanma vərdişi, gündəlik maye qəbulu, bəzi dərman preparatlarının və bəzi xəstəliklərin daş yaranmasında təsiri olduğu müəyyənləşdirilibr.
 
Aztibb.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-uroloqu Cavid İsayevin sözlərinə görə, sidik axarında olan daşların demək olar ki hamısı böyrəklərdən düşmüş böyrək daşlarıdır. Daşların yarısından çoxu sidik axarının son 1/3 hissəsində yerləşirlər. Sidik axarı daşlarının əsas əlamətləri şiddətli ağrı və hematuriyadır (qanlı sidik). Ağrı, sidik axarı içində daşın hərəkəti səbəbilə yaranan spazma bağlıdır. Həmçinin hərəkət zamanı sidik axarının daşla zədələnməsi qanama və qanlı sidik əlamətiylə nəticələnir. Bəzi xəstələrdə daş sidik axarını tamamilə tutur və anuriya adlanan-sidiyin çıxarılmasını mümkünsüz edir.
 
Uroloq qeyd edib ki, anuriya 3 formada olur:
Xəstə tək böyrəkli olduqda;
Xəstənin hər iki sidik axarı daşla tutulduqda;
Bir axarın tutulmasına bağlı olaraq digər sidik axarının da refleks olaraq spazmı və tutulması.
 
Cavid İsayev bildirib ki, ən çox kalsium daşları (okslat və ya fosfat ) və daha az infeksiyali daşlar, urat və sistin daşları görülür: "Sidik axarı daşlarında ağrı, ürəkbulanma, qusma kimi şikayətlər ola bilir. Üst sidik axarı daşlarında ağrı yan tərəfdə olub, belə və qasıq bölgəsinə yayılır. Alt sidik axarı daşlarında ağrı bel və qasıq bölgəsi, xayalara vura bilir. Bununla yanaşı sidik ifrazı zamanı yanma, tez-tez sidiyə getmə hissi ola bilir".
 
Həkim vurğulayıb ki, sidik daşlarına ultrasəs müayinəsi, KT və pieloqrafiya (vena daxili verilən preparatla böyrəyin müayinəsi) vasitəsilə sidik yolları və böyrəyin müayinəsi ilə diaqnoz qoyulur. Daş yaranmaya səbəb olan aşağıdakı risk faktorları vardır:
 
Sidik yolu infeksiyaları;
Böyrəkdəki anadangəlmə anomaliylar;
Böyrək xəstəlikləri olanlar;
Qidalanma vərdişi;
Normadan az maye qəbulu;
İsti iqlim qurşağı;
Bəzi dərman preparatları;
Bəzi bağırsaq xəstəlikləri;
Genetik faktorlar;
Keçirilmiş bağırsaq əməliyyatları;
Metabolik xəstəliklər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır