Harvard hörümçəklərini reanimasiya etdiyinə görə "Ig Nobel" mükafatına layiq görüldü
19.09.2023 09:20

Ötən həftə Harvardda qeyri-standart elmi araşdırmalara görə verilən İqnobel (İg Nobel) mükafatının 33-cü illik mərasimi baş tutub. Mükafat ölülərin burun dəliklərinin tədqiqi və ölü hörümçəklərin reanimasiyası da daxil olmaqla on nominasiya üzrə təqdim edilib.

Aztibb.az bu barədə “İnterfaks”a istinadən xəbər verir.

Kateqoriyalardan biri “maşınqayırma” olub. Bu dəfə mükafat ölü hörümçəkləri tutmaq və renaimasiya etmək üçün hazırlanan mexaniki vasitəyə görə verilib.

Mərasim internetdə də yayımlanıb. Mükafat alanlardan əvvəlcə araşdırma barədə 24 saniyə danışmaq, sonra isə tədqiqatı yeddi sözlə ifadə etmək istənilib. Salamlama nitqi adətən 60 saniyə ilə məhdudlaşıb.

Qeyd edək ki, həqiqi Nobel mükafatlarının verilməsindən bir həftə qabaq ənənəvi olaraq lazımsız, faydasız kəşflərə yumoristik, satirik İqnobel mükafatları verilir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub