Uşaqlarda ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?
16.09.2023 11:01
Adətən uşaqlar məktəbə gedən zaman onların lövhəni yaxşı görmədiyi, yazı yazarkən hərfləri bir-birinə qarışdırdığı meydana çıxır. Bunun üçün uşaqların müntəzəm olaraq göz müayinələrindən keçməsi, görmə zəifliklərinin erkən diaqnostikası vacibdir. Diaqnozun düzgün təyin edilməsi müalicənin başlıca prinsiplərindən biridir. Əgər gözdə çəplik, göz qapaqlarının düşüklüyü varsa, bu, əməliyyat üçün göstəriş ola bilər.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Nuriyə İsmayılova məlumat verib.
 
Onun sözlərinə görə, uşaqlarda ən çox rast gəlinən problemlərdən biri də göz tənbəlliyi hesab edilir. Bu, gözlərdən biri və ya hər ikisində görmə faizinin aşağı olması nəticəsində meydana çıxır. Göz tənbəlliyi erkən dövrdə maksimal praktik hədd hesab edilən 7 yaşa qədər aradan qaldırılmalıdır.
 
Oftalmoloq bildirib ki, müasir dövrdə uşaqların sosial şəbəkə və planşetlərdən uzun müddət istifadə etməsi, monitorlarla yaxından təması görmə zəifliyinə səbəb olur. Bu da gözqırpma qüsurları, miopiya, astiqmatizm kimi göz xəstəliklərinin artmasına aparıb çıxarır. Bir dəqiqədə göz 16 dəfə qırpılmalıdır. Lakin monitora diqqətlə baxmaq uşaqlarda qırpma hərəkətlərinin azalmasına, gözdə quruluq və digər xəstəliklərin yaranmasına səbəb olur. Ona görə də məktəbyaşlı uşaqların gün ərzində 1 saatdan artıq monitor qarşısında durması və ya telefonlarla vaxt keçirməsi məsləhət görülmür.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır