Diareyanın ən çox rast gəlinən səbəbi virus mənşəli qastroenteritlərdir
17.09.2023 08:17
Diareya və ya ishal - boş, sulu və tez-tez baş verən nəcis ifrazıdır. Başqa sözlə, gün ərzində 250 qramdan çox nəcis ifrazı diareya hesab edilə bilər.
 
Aztibb.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pediatrı Aynurə Qurbanovanın sözlərinə görə, həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. 1 həftədən az davam edən diareya kəskin diareya adlanır. Əgər diareya 4 həftədən çox davam edirsə bu xroniki diareya adlanır. Uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diareya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diareya daha təhlükəli ola bilər və mütləq həkimin müayinə, müalicəsi vacibdir.
 
Pediatr bildirib ki, diareyanın ən çox rast gəlinən səbəbi virus mənşəli qastroenteritlərdir. Virus infeksiyası mülayim hesab edilir və bir neçə gün ərzində spontan olaraq aradan qalxır. Virus qastroenteriti adətən məktəbdə, məhəllədə və ya ailədə mini-epidemiya şəklində baş verir.
 
"Qida zəhərlənməsi və səyahətdə olmaq diareyanın digər tez-tez rast gəlinən səbəblərindəndir. Bu növ diareyalar bir qayda olaraq bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulu üzündən baş verir.
Nəzarət olunmayan bağırsaq hərəkətləri, mədə ağrısı, şiddətli qarın sancıları, ürəkbulanma, başgicəllənmə, nəcisdə selikli qişanın görünüşü və yağlı bir quruluşa sahib olması, üşümə və qızdırma, qusma, nadir hallarda qanlı nəcis, qarın boşluğunda şişkinlik və sıx qaz yığılması ishalın əlamətlərindərdir. Bu kimi hallar müşahidə olunarsa mütləq həkimə müraciət etmək lazımdır", - deyə Aynurə Qurbanova bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır