"Əgər körpə yemək yeyərkən başı və alnı tərləyirsə, bu, raxitliyin əlamətidir" - Pediatr
11.09.2023 09:31
Raxitlik - azyaşlı uşaqlarda maddələr mübadiləsi pozulması və D vitamin əskikliyi ilə bağlı olan sümük-sinir sisteminə təsir edən xəstəlikdir.
 
Aztibb.az xəbər verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Azər Məmmədov bildirib ki, vaxtında müalicə olunmayan raxit xəstəliyi olan uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların deformasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi kimi digər patoloji hallar müşahidə olunur.
 
Onun sözlərinə görə, raxitlik daha çox endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu səbəbindən 0-13 yaş arası uşaqlarda daha rast gəlinir. Raxitliyin səbəbi D vitamininin çatışmazlığı və bunun nəticəsində mineral mübadilənin (kalsium və fosfor) pozulmasıdır. Vitamin D çatışmazlığı sinir və sümük sistemlərində pozğunluqlar yaradır. D vitamini uşaq orqanizminə yediyi qida ilə daxil olur. Bundan başqa günəş şüalarının təsiri ilə dəridə sintez olunur. Ana südü vitamin D ilə Çağrı mərkəziindir, ona görə uşaq mütləq ana südü ilə qidalandırılmalıdır.
 
"Xəstəliyin əlamətlərinə gəlincə, bu uşaqlar çox oyanıq olurlar, xüsusilə başda güclü tərləmə müşahidə olunur. Hesab olunur ki, əgər körpə yemək yeyərkən başı və alnı tərləyirsə, bu, raxitliyin əlamətidir. Raxit xəstəliyi zamanı uşaqda qəbizlik də yarana bilər. Bu, uşaqda bağırsaq əzələlərinin tonusunun azalmasına görə baş verir. Uşağın dərisinə əl vuranda bir neçə dəqiqədən sonra keçən qırmızı iz qalır. Raxit xəstəliyi olan uşaqlar da pis yeyir və pis yatırlar. Ənsə nahiyəsində saçları tökülür. Sonra proses sümüklərə keçir. Uşağın kəllə sümükləri deformasiyalaşır, daha sonra döş qəfəsində yaranır. Raxit xəstəliyinin sonrakı mərhələlərində, başının arxası yastılaşır, qarın yekəlir və ayaqlar əyilir. Raxitin digər əlaməti alnın böyüməsidir. Raxitin ağır formalarında döş qəfəsi də deformasiyaya uğrayaraq qabarır", - deyə pediatr Azər Məmmədov əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır