Tofiq Əkbərov: "Uzun müddət dərman qəbul edən insanlarda hepatitin inkişafı riski artır" 
11.09.2023 09:25
Qaraciyər orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Bu funksiyalardan biri də orqanizmə düşən toksinlərin və ziyanlı maddələrin zərərsizləşdirilməsidir.
 
Aztibb.az xəbər verir ki, Diaqnoz Tibb Mərkəzinin həkim-hepatoloqu Tofiq Əkbərovun sözlərinə görə, qaraciyərdə ziyanlı maddələri ziyansız maddələrə çevirən xüsusi fermentlər var. Əgər insan dərmanları uzun müddət ərzində və yüksək dozalarda qəbul edirsə, qar ciyərin fermentləri öz funksiyalarını tam şəkildə yerinə yetirməyə çatdırmır. Nəticədə ziyanlı maddələr zərərsizləşdirilmir və qaraciyərdə yığılaraq orqanın hüceyrələrini dağıtmağa başlayır. Bu isə, hepatitin inkişafına səbəb olur.
 
Tofiq Əkbərov bildirib ki, hepatitin bu forması "dərman hepatiti" adlandırılır. Dərman hepatiti qaraciyər çatışmazlığı və qaraciyər sirrozu kimi ağır pozulmalara səbəb ola bilir. Xəstəliyin bu formasına tez-tez rast gəlinir.
 
"Əgər insan hər hansı xəstəliyə görə uzun müddət ərzində dərman qəbul edirsə (xüsusilə eyni zamanda bir neçə dərman), bu, hepatitin inkişafı riskini artırır. Belə insanlar vaxtaşırı olaraq hepatoloqun müayinəsindən keçməli, lazım olan analizlər verməli (qaraciyər sınaqları və s.) və zəruri olduqda qaraciyərin bərpası üçün müəyyən müalicə almalıdırlar.
 
İnsanların əksər hissəsi baş, diş, əzələ və s. ağrılar zamanı həkimlə məsləhətləşmədən müxtəlif dərman preparatları qəbul edir. Bu heç də təhlükəsiz deyil.  Həkimin təyini olmadan dərman preparatları (hətta bitki mənşəli preparatları) qəbul edən insanlarda, özü-özünü müalicə ilə məşğul olan insanlarda hepatitin inkişaf etmə riski artmış olur", - deyə hepatoloq qeyd edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır