Alim iqlim araşdırmalarını qəsdən təhrif edərək həmkarlarını şoka saldı
10.09.2023 09:51

"İqlim dəyişikliyi ilə bağlı məqaləmi dərc etmək üçün bütün həqiqəti bir kənara buraxdım"


Patrik T.Braun özünün məqaləsi haqqında belə deyib. O, daha əvvəl “Nature” jurnalında iqlim dəyişikliyi ilə bağlı araşdırma dərc edib. Amma indi etiraf etdiyi kimi, oxucularını və həmkarlarını bilərəkdən çaşdırıb.


Aztibb.az xəbər verir ki, “The Free Press” xəbər saytında bununla bağlı yazı dərc olunub. Alim iddia edib ki, aparıcı elmi nəşrlərin redaktorları bir sıra elmi araşdırmalara, o cümlədən qlobal istiləşmə ilə bağlı mövzulara qərəzli yanaşırlar.


İqlimin istiləşməsinin yanğınların artmasına təsirindən danışan ekspert yanğınlar üçün risk faktoru olan digər amilləri də nəzərə almaqdan qəsdən uzaqlaşıb. Məsələn, əkinçilik texnologiyalarının özəllikləri, ayrı-ayrı şəxslərin səhlənkarlığı, ətraf mühitin çirklənməsi, təxribatlar və s.


Həmkarları və oxucuları şərhlərdə alimin davranışının qeyri-etik olduğunu bildiriblər. Bundan əlavə, iqlim mövzusu artıq çox köhnəlib, insanlar onsuz da ekspertlərin rəylərinə əsasən etibar etmirlər.


İctimaiyyətin diqqətini cəlb etmək məqsədilə yol verilən belə qəsdən təhriflər bütün planet üçün həqiqətən vacib olan bir məsələnin qavranılmasına çətinlik yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır