Sümük toxumasının bərpası üçün yeni material hazırlanıb
19.10.2020 17:19

Alimlər sümük toxumasının bərpası üçün yeni material yaradıblar.

 

Aztibb.az RİA Novosti-yə istinadla xəbər verir ki, osteoporozun müalicəsi üçün yeni unikal biomaterialı Rusiyanın S.P.Korolyov adına Samara Universiteti bioloqlarının iştirakı ilə elmi kollektiv hazırlayıb. Müəlliflərin sözlərinə görə, bu materialın tətbiqi sümük toxumasında təkcə itirilmiş mineral komponentləri deyil, üzvi tərkibi də bərpa etməyə imkan yaradacaq. Tədqiqatın nəticələri “Journal of Optical Technology” nəşrində dərc edilib.

 

Tədqiqatçıların fikrincə, osteoporoz insanların əziyyət çəkdiyi ürək-damar, onkoloji xəstəliklər və şəkərli diabetdən sonra dördüncü yerdədir.

 

Samara Universiteti, Samara Tibb Universiteti və “Toxuma mühəndisliyi” ali məktəblərarası beynəlxalq laboratoriyanın elmi kollektivi osteoporozun müalicəsində korreksiya üçün material – hidroksiapatit hazırlayıblar. Bu, “Lioplast” texnologiyası əsasında hazırlanıb.

 

Tədqiqatçıların sözlərinə görə, yeni materialın unikallığı ondan ibarətdir ki, onun tərkibində təkcə mineral deyil, üzvi komponentlər də olur. Bu, osteoporozun müalicəsində sümük toxumasının korreksiyası üçün itirilmiş mineral komponentləri, həmçinin üzvi tərkibi bərpa etməyə imkan yaradır ki, sonuncu da bütün biotoxumanın “karkası” hesab edilir.

 

Hidroksiapatit əldə etmək üçün texnologiya təkmilləşdirilib və onun keyfiyyəti raman spektroskopiyasından istifadə edilməklə dəyərləndirilib.

 

Alimlər, həmçinin məlumat veriblər ki, osteoporozda sümük toxuması tərkibinin tədqiqi üzrə eksperiment aparılıb: xəstəliyin müxtəlif variantlarında sümük toxumasında dəyişikliyin xüsusiyyəti qiymətləndirilib. Əldə edilmiş nəticələr klinikəqədər mərhələdə osteorezorbsiyanın qarşısının alınması üçün yeni biomaterialın tətbiqində sümük toxumasının fərdi olaraq kompleks qiymətləndirilməsi metodunu işləyib hazırlamağa imkan verəcək. Bu, həm yerüstü, həm də mikroqravitasiya şəraitinə aiddir. Belə ki, kosmik uçuşdakı çəkisizlik sümük kütləsinin spesifik itməsinə səbəb olur ki, bu da osteoporozun yaranmasına gətirib çıxarır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır