Mircəlal Kazımi: Bir həkimə gələ biləcək bundan gözəl ismarıc ola bilməz...
26.08.2023 15:45

2015-ci il təvəllüdlü Jalə Kərimli anadangəlmə qaraciyər yetməzliyindən əziyyət çəkirdi. 4 yaşında qan qusma şikayətləri ilə müxtəlif mərkəzlərdə müalicə almışdı, 5 yaşında isə qızcığaza qida borusunun qanayan damarlarına band liqasiyası edilmişdi.

 

Aztibb.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, cərrah transplantoloq, t.ü.f.d. Mircəlal Kazımi feysbuk səhifəsində paylaşım edib:

 


Paylaşımda bildirilir ki, uşaq müəyyən səbəblərdən əməliyyat oluna bilmirdi. Xəzər TV-nin layihəsi olan "Təsir Dairəsi" verilişinin əməkdaşlarının səyi və xalqımızın yardımları sayəsində 24.02.2023-cü il tarixində Jalə Kərimliyə anası Aybəniz xanımın qaraciyərindən pay verməsi ilə qaraciyər transplantasiyası edilib. Bu, bir insanın həyatı üçün birlikdəliyin, səfərbər olmanın bariz nümunəsi idi.

 

"Bu gün sizin sayənizdə, böyük bir sevinclə qızımız Jalənin 8 yaşını qeyd etdik", - deyə Jalə Kərimlinin anası Aybəniz xanım transplantoloq Mircəlal Kazımiyə təşəkkür məktubu ünvanlayıb.


Qeyd edək ki, əməliyyatdan sonra verdiyi dəstəyə görə, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Rəşad Tağıyevin adı xüsusi vurğulanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır