Sevinc Vəliyeva: "Ana südü immun sisteminin formalaşmasına kömək edir"
04.08.2023 09:27

Hər il avqustun 1-dən 7-nədək dünyanın bütün ölkələrində “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilir. Məqsəd ana südünün körpələri bir çox xəstəlikdən qoruya biləcəyini geniş ictimaiyyətə izah etməkdir.

 

Dünyada insana lazım olan elə bir qida yoxdur ki, ana südünü əvəzləyə bilsin. Məhz bu səbəbdəndir ki, beynəlxalq ekspertlər tərəfindən də təyin edilib ki, körpə doğulduğu andan 6 ay müddətində yalnız ana südü ilə qidalanmalıdır.

 

Aztibb.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 16 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Sevinc Vəliyevanın sözlərinə görə, ana südü təkcə körpələrin çəkisinin artmasına deyil, ən əsası immun sisteminin formalaşmasına kömək edir.

 

“Çünki ana südünün tərkibi yağ, zülal, karbohidratlar, minerallar və vitaminlərlə zəngindir. Körpələr doğulduğu andan 6 ayına qədər yalnız ana südü ilə qidalanmalıdır. Bəzən analar südün su kimi olmasını və ya digər şikayətləri əsas gətirərək həkimə müraciət edirlər və uşağa süd verməkdən imtina edirlər. Lakin bu halda belə, körpələr qeyd edilən dövr ərzində yalnız ana südü ilə qidalanmalıdır. 6 ay ərzində süni əvəzedici qidalardan uzaq durmaq lazımdır”.

 

Ana südü kifayət qədər olmadığı halda mütləq həkim-pediatrlara müraciət edilməlidir:

“Pediatrlar ana südünün miqdarını müayinələrlə təyin edə bilir. Doğrudur, bəzən südün azlığı müşahidə edilən analara rast gəlinir. Ancaq unutmaq olmaz ki, miqdar yetərli qədər olmadıqda, müxtəlif üsullar vasitəsilə südün miqdarını artırmaq mümkündür. Ana südünün miqdarına təsir edən amillər sırasında həm də sosial-iqtisadi və psixoloji məqamlar da var. Bu baxımdan ailə ilə profilaktik söhbətlər aparırıq. Çünki süd verən analara evdə xüsusi diqqət və qayğı lazımdır ki, anaların orqanizmində hansısa dəyişikliklər baş verməsin. Anaya təsir edən neqativ hallar istər-istəməz körpəyə də təsirsiz ötüşmür”.

 

6 aydan sonra 2 yaşına qədər körpələrin əlavə qidarla yanaşı, mütləq ana südü ilə qidalanmalı olduğunu deyən Sevinc Vəliyeva bildirib ki, ana südü uşaqları bütün infeksion xəstəliklərdən qoruyur:

 

“Bu səbəbdəndir ki, körpələr doğulduğu andan 6 ayına qədər sırf ana südü ilə qidalandığı üçün infeksion xəstəliklərə yoluxmurlar. Ana südü körpəyə hazır antitellər ötürməklə onların immun sisteminin formalaşmasına kömək edir. Ana südü həm də uşağın sinir sisteminə, əqli və fiziki inkişafına müsbət təsir göstərir. Valideynlərə məsləhət görürük ki, mütəmadi olaraq həkim-pediatrlara müraciət etsinlər. Bu zaman həm uşaqların inkişaf dövrünə uyğun miqdarda ana südü ilə qidalandığından, eyni zamanda ana südünün təsir etdiyi boyatma hormonunun düzgün inkişafından əmin ola bilərlər”.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır