Uşağınızın üstünə qışqırmayın! - Pediatr
02.08.2023 10:05
Hər bir ailənin uşaq böyütmə və tərbiyələndirmə üsulu fərqlidir. Əgər valideyn həddən çox mülayimdirsə, o zaman uşaq ərköyün böyüyür. Çox sərt valideyn olmaq da xoşagəlməz sonlarla nəticələnə bilər. Hər bir valideyn uşağının həyatında baş verənləri ilk özü bilmək istəyir. Bunun üçün onunla daha yaxın dostluq etməyə çalışın. Amma özünüz də düşünün - qorxduğunuz biri ilə dostluq edərsinizmi? Belə olan halda uşaq bütün böyüklərdən qorxmağa başlayır.
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin həkim-pediatrı Könül Zeynalova məlumat verib.
Həkim bildirib ki, uşağın fikrini bildirməsi üçün ona imkan yaradın. Onunla ünsiyyətdə yaxşı həmsöhbət olun. Uşağın üstünə qışqırmaq ona qarşı edilən fiziki zorakılıqla eyni sayılır. Onun üstünə qışqıranda uşaq özünə qapanacaq və valideynləri ilə münasibətində güvən yox olacaq: "Baş verənlərə kiçik yumorla reaksiya verin. Həmişə nəyi sevdiyi və nə ilə məşğul olduğu ilə maraqlanın.
Stress münasibətin mənfisidir və uşağa təsirsiz ötüşmür. Uşağı incidəndə, ya ona stress yaşadanda onda hormonal dəyişikliklər baş verir, bədəndə iltihab prosesləri başlayır.
Davranış və emosiyalarınızı idarə etməyi bacarın. Şəxsi problemlərinizi uşaqla münasibətə daşımayın. Onu həmişə əzizləyin və sevdiyinizi deyin".
Könül Zeynalova qeyd edib ki, əgər uşağın üstünə dəfələrlə qışqırıb, səsinizi qaldırırsınızsa, müəyyən zaman sonra da o, elə cavab qaytaracaq, isterika çıxara bilər. Uşaqların içindəki bu alov onlara qarşı yönəlmiş qadağalar və pis davranışla əlaqəlidir. Həm də bu uşaqlar depressiyaya meylli olurlar: "Nəzərə alın ki, siz hər işdə uşağınıza bir nümunəsiniz. Ciddi olun, ancaq ədalətli . Arqument və narahatlığınızı sakit şəkildə çatdırın. Düzgün izah etməyəndə səhvlərinizi etiraf etməyi öyrənin. Dinləməyi və eşitməyi bacarın. Hər şeyə sevgi və səbr göstərməklə nail olmaq olar".
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

