Tarsal tunel sindromu nədir?
02.08.2023 09:01
Tibial sinirin kompressiyaya bağlı funksional məhdudluğu ilə daralma sindromudur.
 
Aztibb.az xəbər verir ki, Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Türkan Qurbanlı bunun posterior ve ya medial Tarsal tunel sindromu da adlandırıldığını bildirib. Qeyd edib ki, Tarsal tunel sindromu əsasən üst ayaq biləyi oynağındakı travmatik zədələrdən sonra ortaya çıxır. Məsələn, ayaq biləyi sınığı. Sinirin yolundakı təzyiqin artması (ödem, yalnış pozisiya, yalnış yüklənmə) ayağın bükücü əzələ vətəri altındakı sinirin sıxışmasına gətirib çıxarır.
 
Tarsal tunel sindromunun simptomlarından bəhs edən T.Qurbanlı əlavə edib ki, ayağın medial (daxili) kənarında və ayaq altında ağrılar, hissiyyat pozğunluğu (paresteziya) yaranır. Kompressiya vəziyyətində ayağaltı əzələlərdə parez də meydana gələ bilər. Bu hal uzun müddət davam edərsə ayaqaltı əzələlərdə atrofiya yaranır.
 
Həkimin sözlərinə görə, ENMQ (Elektro neyromioqrafiya) müayinəsində kompressiyaya bağlı olaraq uyarım paternləri aşkara çıxır və sinir keçiriciliyinin sürəti azalır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır