Reyhan Əliyeva: "Çox vaxt qurd xəstəliklərinin müalicəsində 1 preparat kifayət edir"
31.07.2023 10:32
Uşaqlarda qurd xəstəliklərinə tez-tez rast gəlinir. Əsasən, 3-12 yaş arasında müşahidə edilən bu xəstəliklərə biganə yanaşılarsa, gələcəkdə ciddi fəsadları ola bilər.
Aztibb.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 17 nömrəli Uşaq Poliklinikasının sahə həkimi Reyhan Əliyeva bildirib ki, uşaq orqanizmində eyni zamanda, bir neçə helmint parazitlik edə bilər. Helmintlər uşağın immunitetinin azalmasına, allergiyalara, mədə-bağırsaq və sinir sisteminin pozulmasına səbəb olur və nəticədə uşağın fiziki və əqli inkişafı ləngiyir:
“Qurdla yoluxmaya səbəb olan amillər sırasında yoluxmuş səthlə təmas, yoluxmuş qida və suyun qəbulu, gigiyenaya riayət etməmək, çiy və ya az bişmiş qidaların qəbulu, yoluxmuş şəxslə təmasda olmaq və digər səbəbləri göstərmək olar.
Uşaqlar arasında əsasən bizquyruq, askarida və lyambliya ilə yoluxma baş verir.
Bizquyruq - onunla yoluxmaya enterobioz deyilir. Bağırsaqda yaşama dövrü 28-56 gündür. Bizquyruqlar bağırsağın (xüsusən anus ətrafında), cinsi orqanların, sidik kanalının iltihabına səbəb ola bilər. Onlar anal dəliyin büküşlərinə on minlərlə yumurta qoyur və bu da qaşınmaya səbəb olur. Uşaqlar gecə qaşınarkən yumurtalar onların dırnaqları altına daxil olur. Bu da yuyulmamış əllərin ağıza salınması nəticəsində yoluxmaya səbəb olur.
Askarida - təsadüf edilən 2-ci daha çox yayılmış helmintdir. Soxulcanabənzər şəkildə olan askaridaların uzunluğu 20-40 sm-ə çatır. Askaridalar tərəfindən ifraz olunan toksinlər qan azlığına, iştahanın azalmasına, qarında ağrılara, mədə bulantısına, gecələr ağızdan su axmasına, ümumi zəifliyə, əzginliyə, baş ağrısına səbəb olur.
Lyamblioz - Lyambliyalar orqanizmdə aylarla, hətta illərlə yaşayaraq zərər verməyə davam edirlər. Lyamblioz zamanı müxtəlif nahiyələrdə (əsasən diz və dirsək büküşlərində)səpgilər müşahidə olunur. Mədə bulantısı, iştahasızlıq, boydan və çəkidən geri qalma ola bilər”.
Pediatr uşaqlarda anus ətrafında qaşınma, qarında ağrı, yorğunluq, ishal və ya qəbizlik, çəkidən geri qalma, qusma, iştahasızlıq, diş qıcama, anemiya kimi əlamətləri müşahidə edən valideynlərə uşaqlarını müayinə etdirməyin zəruriliyini vurğulayıb. Qeyd edib ki, qurd xəstəliyinin diaqnozu 3 gün aralıqlarla ən azı 3 dəfə nəcisin müayinəsi ilə qoyulur. Bundan başqa, nəcisdə bəzi parazitlərə görə spesifik antigen testi bizquyruğa şübhə olduqda səhər tezdən anal nahiyədən sıyrıntının götürülməsi ilə də aparılır. Diaqnoz qoyulduqdan sonra müalicə ailəliklə aparılır. Müalicənin müddəti parazitin növündən asılıdır. Çox vaxt qurdun müalicəsində 1 preparat kifayət edir. Əsas olan düzgün diaqnozun qoyulmasıdır ki, bu da müalicənin 90%-ni təşkil edir.
R.Əliyeva uşaqların bu parazitlərdən qorunması yolları haqqında da məlumat verib:
• Körpələrin bezini mütəmadi olaraq dəyişin. Bu zaman hər dəfə əllərinizi yuyun;
• Onların torpaq üzərində ayaqyalın gəzməsinə icazə verməyin;
• Dırnaqlarını tez-tez kəsin;
• Qidaları yaxşı bişirin;
• Meyvə və tərəvəzləri bişirməzdən əvvəl yaxşı yuyun;
• Alt paltarını və yataq dəstini qaynar su ilə yuyun və buxar ütüsü ilə ütüləyin;
• Yemək stolunu təmiz saxlayın”.
Həkim bildirib ki, qurdların uşaq orqanizmi üçün təhlükəsini nəzərə alaraq, hər yaz və payız mövsümlərində həkim-pediatrın məsləhəti ilə bütün ailə üzvlərinin helmintlərə qarşı profilaktik müalicəsini aparmaq məsləhət görülür.
Bu barədə daha ətraflı məlumat almaq üçün yaşadığınız ünvan üzrə fəaliyyət göstərən ilkin səhiyyə xidməti müəssisələrimizə müraciət edin.
Bu bölməyə aid digər xəbərlər
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Düz bağırsaq sallanması - Hansı əlamətlərə diqqət yetirmək lazımdır?
21.10.2026 | 13:31
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

