Vaginal histerektomiya hansı hallarda icra edilir?
29.07.2023 10:58
Histerektomiya (uşaqlığın çıxarılması) – ginekoloji əməliyyat olub, uşaqlığın (çox vaxt uşaqlıq boruları və yumurtalıqlarla birlikdə) çıxarılmasıdır.
Aztibb.az xəbər verir ki, Abbas Səhhət adına xəstəxananın Ginekologiya və doğum şöbəsinin uzman mama-ginekoloqu Gülnar Səmədovanın sözlərinə görə, qadın orqanizminin vəziyyətindən və fərdi xüsusiyyətlərindən asılı olaraq, histerektomiyanı ya qarın divarındakı kəsikdən (abdominal histerektomiya), ya da uşaqlıq yolundan (vaginal histerekotomiya) çıxarırlar.
G.Səmədova bildirib ki, vaginal histerektomiya zamanı uşaqlıq yolunun yuxarı hissəsində kəsik aparılaraq uşaqlıq çıxarılır. Bu əməliyyat uşaqlıq sallandıqda və kiçik ölçüdə olduqda aparılır. Vaginal histerektomiyadan sonra pasientin bədənində çapıq qalmır. Əməliyyatdan sonra bərpa mərhələsi abdominal histerektomiyaya nisbətən tez və asan keçir:
“Son dövrlər vaginal histerektomiyaya abdominal histerektomiyaya nisbətdə daha çox üstünlük verilir, çünki o, daha az invaziv hesab edilir və reabilitasiya - bərpa müddəti qısadır.”
Uzman mama-ginekoloq qeyd edib ki, histerektomiya xüsusilə uşaqlıq və ya yumurtalıq xərçəngi olan xəstələrdə vacibdir, çünki bununla xəstəliyin ciddi fəsadlara yol açmasının qarşısı alınır. Uşaqlıq yolunda əmələ gələn miomanın çox olması səbəbindən yaranan şikayətlər də histerektomiya əməliyyatından sonra yox ola bilər.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

