Bronxial astma nədir?
27.07.2023 12:29
Bronxial astma – tənəffüs yollarının xroniki iltihabı xəstəliyidir. Nəfəsalmanın çətinləşməsi və öskürəklə müşayiət olunur. Vəziyyət ani olaraq ağırlaşa bilir və xəstə astmatik boğulma təhlükəsi ilə üzləşir. Bu ona görə baş verir ki, xəstə kənar qıcıqlandırıcılara həddindən artıq həssas olur. Qıcıqlandırıcılara cavab olaraq böyük həcmdə selik əmələ gəlir və normal hava axınının qarşısını alır.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-pulmonoloqu Elxan Cəfərov məlumat verib.
 
Həkim bildirib ki, bronxial astma bütün yaş dövründə rast gəlinir, lakin uşaqlarda daha çox özünü göstərir. Müalicəsi onun ilkin inkişaf mərhələsində yetərli olmadığı halda xroniki astma halına keçir və xəstəni ömrü boyu müşayiət edir. Xəstəlik zamanı xəstənin tənəffüs yolları xroniki iltihabın təsiri altında olur. Bu səbəbdən xəstə vaxtaşırı müxtəlif qıcıqlandırıcıların hədəfinə çevrilir. Nəticədə bronx spazması və ödəm şişi yaranır. Artıq miqdarda əmələ gələn selik nəfəsalmanı çətinləşdirir.
 
Elxan Cəfərovun sözlərinə görə, müalicə individual olaraq aparılır. Astmaya səbəb olan faktorlar kənarlaşdırılır və mühit qıcıqlandırıcılardan təmizlənir. Astmanın hansı formaya aid olduğu müəyyənləşdirdikdən sonra müalicəyə start verilir. Xəstə fasiləsiz olaraq 2-4 ay ərzində müalicə alır. Bu müddət ərzində xəstənin sağlamlığı tamamilə bərpa olunur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır