Əməliyyat sonrası xəstəxana günləri
23.07.2023 12:38
Açıq ürək əməliyyatları sonrası ən yaxşı sağalma prosesi “erkən mobilizasiya” adlandırdığımız xəstənin nə qədər tez ayağa qalxması və yeriməsindən asılıdır. Triflo ilə ağciyər həcmi və sağalma sürəti artırıla bilər.
Xəstələr 4-cu ilk dəfə duş qəbul edə bilərlər və 5-ci gün müalicələri tərtib olunur, son məlumatlandırma verilir, yoxlanışdan keçərək evə yola salınırlar.
 
Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev Aztibb.az-a bildirib ki, ürək əməliyyatı sonrası xəstələr ürək-damar reanimasiya şöbəsində tənəffüs aparatına bağlı olurlar. Reanimasiyada arterial təzyiq, ürək ritmi, oksigen səviyyəsi daim izlənilir. Sidik kateteri və qanama riski üçün döş qəfəsi balonları yerləşdirilir.
 
Uzman həkimin sözlərinə görə, xəstə oyandıqdan sonra tənəffüs aparatından ayrılır. Həmin gecəni reanimasiyada keçirir. Aparatdan ayrıldıqdan 2-3 saat sonra yavaş-yavaş ilk maye qidalar olmaqla qidalanmağa başlayır.
Xəstəyə tənəffüs fizioterapiyası edilir və xəstə eyni gün ayağa qaldırılaraq yeridilir. Bir gün sonra sidik kateteri, döş qəfəsinə yerləşdirilən borular çıxarılır, xəstə palataya yerləşdirilir.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır