Tibb tarixində bu gün: Psixiatr Karl Qustav Yunq anadan olub
26.07.2023 12:15

1875-ci il iyulun 26-da isveçrəli psixiatr və pedaqoq, dərinlik psixologiyası sahələrindən birinin - analitik psixologiyanın banisi Karl Qustav Yunq (1875-1961) anadan olub.

Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir.

Ailə keçmişində çoxlu sayda din adamı olan Yunq Bazel ve Zurix universitetlərinə qəbul olur.

1902-ci ildə universiteti qurtarıb həkim oldu. Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu. Çağrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi. Bu sözlərdən xəstə üçün əhəmiyətli olan önəm daşıyanları şüuraltı kompleksləri hərəkətə gətirərək şüur axımında durğunluq yaradır və saniyəölçən ilə ölçülən çağrışım vaxtı artır.

Yunq 1913-cü ildən sonra insan davranışını araşdırmaq, yerli mədəniyyətləri öyrənmək məqsədilə sırayla Şimali Afrika, Arizona, Nyu Meksiko, Keniyaya getdi. Ömrünün qalan qismini şüuraltının mexanizminin fenomenlərini araşdırıb yazaraq, konfranslar verərək keçirdi.

1961-ci ildə 86 yaşında ikən vəfat etdi. Yunqun olduqca çox danışan, fərqli mövzularda dərin bilgi sahibi, yumoristik, səmimi bir insan olduğu söylənilir. 80 yaşınadək idmanla da məşğul olduğu söylənilir.

 

Aztibb.az

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev