Dalağın narahatlığını necə bilmək olar?
23.07.2023 12:48

Orqanizmin normal fəaliyyəti üçün önəmli olan orqanlardan biri də dalaqdır. Qarın boşluğunda, sol tərəfdə, mədənin arxasında yerləşən bu orqan zəifləmiş qan hüceyrələrini yox edib, yerinə təzə qırmızı qan hüceyrələri istehsal edir və immunitetin güclənməsinə təsir göstərir.

 

Aztibb.az-lb xəbərinə görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-terapevti İlham Əliyev bildirib ki, dalaq xəstələnəndə bədəndə bir sıra problemlər baş verir. Qansızlıq, halsızlıq, həddindən artıq tərləmə, qarında şişlik, tez yorulmaq, nəfəs almaqda çətinlik çəkmək, sol tərəfdə alt qabırğanın altında hiss edilən ağrı dalaqda problem olduğunu göstərən əlamətlərdir.

 

Onun sözlərinə görə, dalağın xəstəliyi zamanı tərkibində bol miqdarda A vitamini, dəmir, yod olan qidalar qəbul etmək lazımdır. Tərəvəz və meyvələr, xüsusilə də noxud, paxla, lobya kimi qidalar dalağın təmizlənməsinə kömək edir: "Çalışın həftəlik qida rasionunuzda kərəviz, kök, üzüm, ərik, əncir, xiyar, təzə qoz, badam, kələm, şüyüd, cəfəri, və kişmiş, doşab kimi qidalar olsun".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır