ATU-nun mütəxəssisləri beynəlxalq kursda iştirak ediblər  
23.07.2023 10:21

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Türkiyənin İstanbul şəhərində böyrək transplantasiyası üzrə beynəlxalq kursda iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, Beynəlxalq Transplantasiya Şəbəkəsi (International Transplant Network) və Avropa Orqan Transplantasiya Cəmiyyətinin (ESOT) təşkilatçılığı ilə baş tutan kurs orqan köçürmə cərrahiyyəsi və nefrologiyası kimi iki əsas bölmədən ibarət olub.

 

Dünyanın 30-dan çox ölkəsindən olan 100-dən artıq iştirakçılar arasında ATU-nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, Tarnsplantologiya şöbəsinin müdiri, assistent Anar Namazov, uzman həkim Orxan Quliyev və Şəbnəm Qədiməliyeva da olublar.

 

Yüksəkixtisaslı mütəxəssislər tərəfindən mühazirələr səslənməsi ilə yanaşı, həmçinin kursda transplantasiya mərkəzlərinin təcrübələri nümayiş etdirilib.

 

Kursun özəlliklərindən biri də burada iştirakçılar qarşısında canlı cəməliyyatların icra olunması, paralel olaraq əməliyyatların xüsusiyyətləri və mərhələləri müzakirə edilməsi olub.

 

Dünyanın hər yerindən həkimləri bir araya gətirən tədbirdə türkiyəli mütəxəssilər tərəfindən donor nefrektomiyasının həm laparoskopik, həm retroperitoneskopik, həm də robotik üsulları canlı olaraq həyata keçirilib. Böyrək köçürülməsində (həm donor nefrektomiyası, həm də qreftin implantasiyasında) robotun tətbiqi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
“Həkimlərimizi tanıyaq!
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib