Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilib
28.10.2026 14:13
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə əməkdaşlığı çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
İSİM-dən Aztibb.az-a verilən xəbərə görə, mərkəzin Monitorinq və təhlil şöbəsinin müdir müavini Zümrüd Kazımova geniş təqdimatla çıxış edərək reproduktiv sağlamlığa təsir edən əsas amillər, fərdi gigiyena qaydaları və zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə ətraflı məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamila Əliyeva çıxış edərək gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlərdən, ailə planlaşdırılmasının vacibliyindən və erkən nikahların fəsadlarından söz açıb.
Tədbirdə həmçinin irsi yolla ötürülən xəstəliklər barədə ətraflı məlumat verilib, nikahdan öncə aparılan tibbi müayinələrin vacibliyi vurğulanıb.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilib
28.10.2026 | 14:13
KTM-də yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldı
28.10.2026 | 10:34
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb
28.10.2026 | 09:48
Mərkəzi Gömrük Hospitalının həkimləri AZTV-yə müsahibə veriblər
27.10.2026 | 11:23
Respublika Kliniki Uroloji Xəstəxanasında maarifləndirici təlim: “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi”
27.10.2026 | 11:13
Azərbaycan Tibb Universitetinin tələbəsi kamandan oxatma turnirinin qalibi olub
26.10.2026 | 17:48
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
26.10.2026 | 15:43
Nigeriyada aşkar edilən Ebola virusu Keniyadakı ştamla genetik bağlıdır
26.10.2026 | 11:35
Mövsüm dəyişiklikləri zamanı yayılan viruslardan necə qorunmalı?
26.10.2026 | 11:05
Süni intellektin tibbi tədqiqatlara inteqrasiyası müzakirə olunub
25.10.2026 | 10:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02

