KTM-də yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldı
28.10.2026 10:34

22.10.2026-cı il tarixində 2010-cu il təvəllüdlü yeniyetmə ürəkbulanma, təkrarlanan qusma və qarın nahiyəsində kəskin ağrı şikayətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib.

 

Bu barədə Aztibb.az-a KTM-dən məlumat verilib.

 

Bildirilib ki, müayinələr nəticəsində pasiyentə trixobezoar (udulmuş saç və ya tüklərin həzm sistemində toplanaraq bərk kütləyə çevrilməsi) diaqnozu təyin edilib və təxirəsalınmaz cərrahi müdaxilə aparılıb.

 

Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev, uzman uşaq cərrahı Aynur Qurbanova və anestezioloq Elnarə Salamovanın iştirakı ilə pasiyent üzərində trixobezoarın xaric edilməsi və qastrotomiya (mədənin boşluğuna daxil olmaq üçün onun ön divarının cərrahi yolla kəsilməsi əməliyyatıdır) əməliyyatı icra edilib. Əməliyyat zamanı yeniyetmənin mədəsindən onikibarmaq bağırsağına qədər uzanan 30 sm uzunluqda trixobezoar xaric olunub.

 

Hazırda pasiyentin müalicəsi tibb müəssisəninin müvafiq şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.

 

Qeyd edək ki, mədədən bağırsağa qədər uzanan 30 sm-lik trixobezoarın kənarlaşdırılması nadir rast gəlinən mürəkkəb müdaxilələrdəndir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib