Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub
29.10.2026 09:08
Mərkəzi Gömrük Hospitalında Finlandiyanın “Orion” şirkətinin Azərbaycan üzrə nümayəndələri ilə görüş keçirilib. Görüşdə qadın sağlamlığının qorunması, menopauza dövründə tibbi xidmətlərin təkmilləşdirilməsi və hospitalda Menopauza Sağlamlıq Mərkəzinin yaradılması perspektivləri müzakirə edilib.
Hospitaldan Aztibb.az-a verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova, mama-ginekoloqlar Mehriban Əmirova, Nigar Məmmədova, Raziyyə Tapdıqova və Leyla Qaçayeva, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Orion şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rumiyə Kərimova, tibbi nümayəndə Xəyalə Nadirova və digər mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İsmayıl Əfəndiyev qonaqları salamlayaraq qadın sağlamlığının qorunmasının, xüsusilə menopauza dövründə tibbi xidmətlərin müasir tələblərə uyğun təşkilinin vacibliyini vurğulayıb. O, Mərkəzi Gömrük Hospitalında Menopauza Sağlamlıq Mərkəzinin yaradılmasının qadınların sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsi, fərdi ehtiyaclarına uyğun tibbi dəstəyin göstərilməsi və bu sahədə ixtisaslaşmış xidmətlərin inkişafı baxımından əhəmiyyətini, müasir tibbi yanaşmaların tətbiqinin və peşəkar əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
“Orion” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rumiyə Kərimova menopauza dövründə qadın sağlamlığının qorunmasında müasir klinik protokolların, elmi yeniliklərin və beynəlxalq təcrübənin əhəmiyyətini vurğulayıb.
Görüş zamanı menopauza dövründə qadınlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, elmi-praktik tədbirlərin təşkili, mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub
29.10.2026 | 09:08
29 Oktyabr – Ümumdünya İnsultla Mübarizə Günüdür
29.10.2026 | 09:00
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilib
28.10.2026 | 14:13
KTM-də yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldı
28.10.2026 | 10:34
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb
28.10.2026 | 09:48
Mərkəzi Gömrük Hospitalının həkimləri AZTV-yə müsahibə veriblər
27.10.2026 | 11:23
Respublika Kliniki Uroloji Xəstəxanasında maarifləndirici təlim: “Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi”
27.10.2026 | 11:13
Azərbaycan Tibb Universitetinin tələbəsi kamandan oxatma turnirinin qalibi olub
26.10.2026 | 17:48
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
26.10.2026 | 15:43
Nigeriyada aşkar edilən Ebola virusu Keniyadakı ştamla genetik bağlıdır
26.10.2026 | 11:35
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33

