DGK Tibbi Xidmət İdarəsinin əməkdaşı Dövlət İmtahan Mərkəzinin təlim proqramını uğurla yekunlaşdırıb
30.10.2026 12:06
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin (ETTM) mütəxəssisi Şəhla Mirzəzadə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən “Təlimçilər üçün təlim” proqramında iştirak edərək, proqramı uğurla yekunlaşdırıb.
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.1.9-cu fəaliyyət istiqamətinin 2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə təşkil olunan üçgünlük təlim proqramında peşəkar təlimçi Anar Həsənov iştirakçılara müasir təlim metodologiyaları, təqdimat bacarıqları və auditoriya ilə effektiv kommunikasiya mövzularında nəzəri və praktiki biliklər təqdim edib.
Təlimin yekun mərhələsində Şəhla Mirzəzadə qazandığı təlimçilik bacarıqlarını nümayiş etdirərək, “Bir qərar, min ümid!” şüarı ilə “Könüllü donorluq həyat qurtarır” mövzusunda təqdimatla çıxış edib. Könüllü qan və orqan donorluğunun təşviqinə həsr olunan təqdimatda donorluğa cəlb etmə prosesində məcburiyyətə deyil, məlumatlı və könüllü qərarverməyə şərait yaradılmasının vacibliyi vurğulanıb.
Təlim mövzu ətrafında müzakirə və diskussiyalar, eləcə də xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, ETTM Mərkəzi Gömrük Hospitalının əməkdaşlarının peşəkar inkişafının dəstəklənməsi, onların təlim və tədris ehtiyaclarının qarşılanması, bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu baxımdan, Şəhla Mirzəzadənin proqram çərçivəsində əldə etdiyi bilik və bacarıqların Mərkəzi Gömrük Hospitalının əməkdaşları üçün keçiriləcək təlimlərdə tətbiqi ETTM-in tədris fəaliyyətinin daha da inkişaf etdirilməsinə və əməkdaşların peşəkar səriştələrinin artırılmasına xidmət edəcək.
Bu bölməyə aid digər xəbərlər
DGK Tibbi Xidmət İdarəsinin əməkdaşı Dövlət İmtahan Mərkəzinin təlim proqramını uğurla yekunlaşdırıb
30.10.2026 | 12:06
Ceyranbatan qəsəbə məktəbində zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb
30.10.2026 | 11:05
Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb
29.10.2026 | 16:03
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib
29.10.2026 | 13:50
Naxçıvan Perinatal Mərkəzində ağır vəziyyətdə qəbul edilən körpənin səhhəti stabilləşdirilib
29.10.2026 | 12:47
Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub
29.10.2026 | 09:08
29 Oktyabr – Ümumdünya İnsultla Mübarizə Günüdür
29.10.2026 | 09:00
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilib
28.10.2026 | 14:13
KTM-də yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldı
28.10.2026 | 10:34
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb
28.10.2026 | 09:48
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
25.10.2026 | 08:26
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

