Tanınmış həkim Əqil Mehdiyevə həsr edilən konfrans keçirilib
15.10.2020 20:18

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2020-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na uyğun olaraq AMEA Naxçıvan Bölməsində “Əqil Mehdiyev: tanınmış həkim və ictimai xadim” mövzusunda konfrans keçirilib.

 

Tədbirdə Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşları iştirak ediblər.

 

Əvvəlcə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev tanınmış həkimin 91 illik həyat yolundan və ictimai fəaliyyətindən danışıb. Bildirib ki, Əqil Mehdiyev ömrünün 50 ildən artıq bir dövrünü ölkə səhiyyəsinin inkişafına həsr edib. O, müxtəlif illərdə Nehrəmdə müəllim və məktəb direktoru, Qahab və Nehrəm kənd xəstəxanalarında baş həkim, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi, Səhiyyə naziri vəzifələrində çalışıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olub.

 

Vurğulanıb ki, ölkə səhiyyəsinin inkişafındakı xidmətlərinə görə tanınmış həkimin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Azərbaycan Respublikasının Əməkdar həkim” fəxri adına layiq görülüb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. 

 

Daha sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Əqil Mehdiyev görkəmli səhiyyə təşkilatçısı kimi”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Əqil Mehdiyevin ictimai fəaliyyəti” və Naxçıvan Dövlət Universitetinin müəllimi, tibb elmləri doktoru İsa Abdullayev “Əqil Mehdiyevin həyatı mübarizlik, prinsipiallıq və müdriklik nümunəsidir” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə həkim və ictimai xadimin keçdiyi ömür yolundan söz açılıb, muxtar respublika səhiyyəsinin inkişafına böyük töhfələr verdiyi və bugünkü gənclərə örnək bir ömür yaşadığı qeyd edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır