"Uşaqlarda gözaltı qaralmaların yaranma səbəblərindən ən başlıcası genetikadır" - Uzman uşaq cərrahı
21.07.2023 11:01
Gözaltı qaralar gözümüzün alt hissəsində dərinin tünd görünməsinə verilən addır. Qan damarlarında və dəridə dəyişikliklərdən tutmuş hiperpiqmentasiya adlanan piqmentasiyanın artmasına qədər bir çox səbəblərdən yarana bilər. Uşaqlarda vəziyyət böyüklərə nisbətən fərqlidir. Onlarda gözaltı qaraların səbəblərini aşağıdakı kimi izah edə bilərik.
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin müdiri, uzman uşaq cərrahı Vüsal Cəfərov "Uşaqlarda göz altında qaralmaların səbəbləri" mövzusunda məlumat verərkən deyib.
Həkim bildirib ki, uşaqlarda gözaltı qaralmaların yaranma səbəblərindən ən başlıcası genetikadır. Əgər ailə üzvlərinin əksərində gözaltı qaralar varsa, nəslin digər fərdlərində də eyni vəziyyətin yaranma ehtimalı yüksəkdir. Bu vəziyyət uşaqlıqdan yarana və yaş artdıqca çoxala bilər. İkinci bir səbəb isə uşaqlarda ciddi vitamin çatışmazlığıdır.
Onun sözlərinə görə, vitamin çatışmazlığını həkimsiz aşkarlamaq olduqca çətindir, çünki onun çatışmazlığı uşaqlarda müxtəlif xəstəliklərə səbəb olduğu kimi, bəzi xəstəliklərin əlaməti olaraq da ortaya çıxa bilər. Müəyyən əlamətlərin əvvəlcədən təyin edilib həkim nəzarəti altında lazım olan tədbirlərin həyata keçirilməsi məsləhətdir:
"Allergik reaksiyalar da gözaltı qaraların yaranmasına təkan verir. Allergik reaksiya inkişaf etdikdə bədəndə zərərli maddələr kimi qəbul edilən strukturlara cavab olaraq histaminlərin sintezi baş verir. Histamin gözlərdə qaşınma, qızartı və şişkinliklə yanaşı, qan damarlarının da genişlənməsinə səbəb olur".
Vüsal Cəfərov qeyd edib ki, müasir dövrdə ən geniş yayılan problemlərdən biri də uşaqların telefon, planşet, kompüterdən həddən artıq çox istifadə etməsidir. Televizor, planşet, kompüter və telefon ekranına baxmaq gözlərin əhəmiyyətli dərəcədə gərginləşməsinə səbəb ola bilər. Bu gərginlik uzun müddət davam edərsə, göz ətrafındakı damarların genişlənməsinə, nəticədə isə gözətrafı və gözaltı nahiyənin qaralmasına gətirib çıxarır.
"Yuxusuzluq, həddindən artıq yorğunluq, kifayət qədər yatmamaq və ya normadan artıq yatmaq göz altında qaralmalar yarada bilir. Belə ki, uşaq hər gün saat 8-də məktəbə gedirsə, axşam gec saatlarda yatırsa və yatana qədər dərs çalışıb, çizgi filmi izləyirsə, bu uşaqların göz altında rəng dəyişikliyi ola bilər.Yuxusuzluq zamanı dəri solğunlaşır, nəticədə isə dərialtı tünd toxumalar və qan damarları nəzərəçarpacaq dərəcədə görünməyə başlayır.
Böyrək problemi zamanı da gözaltı qaralmalar yaranırmı? Böyrək çatışmazlığı olan insanlar da sidiklə ifraz olunacaq zəhərli və zərərli maddələr xaric ola bilmədiyinə görə dərinin daha çox incə hissələrində və göz altlarında çökmələr yaranır. Buna görə də xroniki böyrək çatışmazlığı olan insanlarda həmişə gözlərin altı tünd rəngdə olur", - deyə uzman həkim bildirib.
Uşaq cərrahı bütün bunlarla yanaşı, uşaqlarda tənəffüs problemi zamanı da gözaltı qaralmaların yarana biləcəyini deyib. Qeyd edib ki, xüsusən, tənəffüs yolu infeksiyası varsa, nəfəs almaqda çətinlik yaranır. Bu vəziyyətdə qan gözlərin altında kapillyarlarda toplanır, tünd görünüşə səbəb olur. Odur ki, uşaqlarda göz altında qaralmalar yarandıqda səbəbi araşdırılmalı və lazımi müalicənin edilməsi vacibdir.
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

