Mədə-bağırsaq xəstəliklərinin müalicəsində endoskopik müayinələrin ÖNƏMİ
21.07.2023 16:13
Mədə-bağırsaq xəstəliklərinə daha dəqiq diaqnozun qoyulması üçün endoskopik müayinəyə ehtiyac duyulur. Nəzərə alsaq ki, Ümumdünya Səhiyyə Təşkilatının protokollarına əsasən, hətta heç bir şikayət olmadan da 45-50 yaş arasında hər kəs mütləq endoskopik müayinələrdən keçməlidir, bu zaman sözügedən müayinənin insan həyatı və sağlamlığı üçün nə qədər əhəmiyyət kəsb etməsi aydın olur.
 
Aztibb.az xəbər verir ki, bu barədə Diaqnoz Tibb Mərkəzinin qastroenteroloq-endoskopisti Rəfael Həsənov məlumat verib.
 
Həkim bildirib ki, qastroskopiya ilə həzm sisteminin üst hissəsini – qida borusunu, mədəni, onikibarmaq bağırsağını müayinə etmək mümkündür. Bu üsul vasitəsilə qarın ağrısını, mədə-bağırsaqda qanaxma şübhəsini, anemiyanı, iltihabı, həzm sistemi xərçəngini və başqa simptomları aşkar etmək olur. Xəstəliyin dəqiq diaqnozunu qoymaq üçün qastroskopiya müayinəsi zamanı şübhəli bilinən yerlərdən biopsi götürülür.
 
Rəfael Həsənovun sözlərinə görə, kolonoskopiya yoğun bağırsaq xəstəliklərini müayinə etmək üçün bir üsuldur. Prosedur mikrokameralı fibrokolonoskopun köməyi ilə aparılır. Kolonoskopiya zamanı zond anusdan daxil edilir və fibrokolonoskopun kamerası ilə çəkilən təsvir monitorda göstərilir. Bu müayinə vasitəsilə gizli qanaxmanı, iltihab, şiş və digər patologiyaları müəyyən etmək olur. Qastroskopiya müayinəsi təxminən 5, kolonoskopiya müayinəsi isə patologiyadan asılı olaraq 15-30 dəqiqə çəkir:
 
"Mədə və bağırsağında narahatlıq hiss edən hər kəs dərhal həkimə müraciət etməlidir. Unutmaq olmaz ki, vaxtında aşkar edilən hər hansı xəstəliyi müalicə etmək daha asandır".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır