Diyetik içkilərə qatılan dadlandırıcılardan olan aspartamın ZƏRƏRLƏRİ
21.07.2023 09:48

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Xərçəng Araşdırma Agentliyi son illərdə daha çox istifadə olunan, dietik qidalara, xüsusilə dietik içkilərə qatılan dadlandırıcılardan ən əsası olan aspartam barədə məlumat yayıb.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-endokrinoloq Fərhad Burzu bildirib ki, agentliyin 25 ekspertdən ibarət qrupunun yaydığı məlumatdan əsas çıxarılmış nəticələrə əsasən, aspartamın hepatosellülar karsinoma törətmə qabiliyyəti vardır (qaraciyərin bəd xassəli şişi). Bundan başqa, heyvanlar üzərində araşdırma kifayət qədər olmasa da hazırki araşdırmalar aspartamı tövsiyyə etmir.

 

Onun sözlərinə görə, gündəlik aspartam dozası 40 mq/kq-dır. Sutkalıq dadlandırıcılı içkinin miqdarı 70 kq olan bir insan üçün 270-420 ml-i keçməməlidir. Çəkisi 20 kq və ətrafında olan uşaqlarda aspartamın sutkalıq maksimal miqdarı 800 mq-dır. Uşaqların sutkalıq qəbul edəcəyi həcmi 90 ml-dən artıq olmamalıdır.

 

F.Burzu bildirib ki, aspartam zərərərlidir deyə şəkərli içkiləri qəbul etmək də doğru qərar deyildir:

"ÜST-nin xərçəng araşdırma agentliyinin qərarını FDA hələlik yetərli hesab etməmişdir.


Bütün qeyd olunanları nəzərə alaraq aspartam tərkibli dietik içkilərin, qidaların limitli istifafə olunması məqsədəuyğundur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır