Azərbaycanda mamalıq və ginekologiya sahəsində tanınmış həkim Şamama Ələsgərova - "Dahi təbiblər" rubrikası
17.07.2023 09:03
"Dahi təbiblər" rubrikasında mamalıq və ginekologiya sahəsində tanınmış həkim-mütəxəssis, Əməkdar həkim Şamama Ələsgərova haqqında məlumatları təqdim edirik.
Ş.Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olub. O, ilk təhsilini gimnaziyada alıb, daha sonra Azərbaycan Tibb İnstitutuna daxil olub.
Əsasən, ana və uşaqların sağlamlığının qorunması, ginekoloji xəstəliklərin müalicə və profilaktikası kimi mövzuları tədqiqat sahəsinə daxil edən Ş.Ələsgərova Azərbaycanda malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərində də fəal iştirak edib.
O, 1945-ci ildə N.Krupskaya adlı 5 nömrəli klinik doğum evinə baş həkim təyin olunub və ömrünün sonuna kimi həmin vəzifəni yerinə yetirib.
Həkimin rəhbərliyi və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində doğum evi respublikanın iri müalicə profilaktika idarəsinə çevrilib və keçmiş ittifaqda geniş şöhrət qazanıb.
Ş.Ələsgərova 1958-ci ildə Səhiyyə əlaçısı, 2 il sonra "Əməkdar həkim" adına layiq görülüb. 1969-cu il fevralın 5-də ona xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adı verilib. Ş.Ələsgərova respublikada bu ada layiq görülən ilk səhiyyə işçisi olub.
"Şərəf nişanı” ordeni və medallarla təltif edilən Ş.Ələsgərova Azərbaycanda mamalıq və ginekologiya sahəsində sayılıb-seçilən həkimlərdən olub.
Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 5 nömrəli Kliniki Doğum Evi onun adını daşıyır.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Təzyiqinizi düzgün ölçürsünüzmü?
22.10.2026 | 15:18
Siqaretdə gizli təhlükə - 10 qutudan 9-da mikroplastik aşkarlanıb
22.10.2026 | 11:41
PROX1 zülalının bloklanması görmə qabiliyyətinin bərpasına ümid yaradır
22.10.2026 | 08:46
Gen terapiyası ümumi xəstəliklərin müalicəsində yeni mərhələ aça bilər
21.10.2026 | 15:54
Süni intellekt fotodan xərçəng xəstələrinin ömür müddətini təxmin edir
21.10.2026 | 11:34
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda 24/7 fasiləsiz tibbi xidmət
21.10.2026 | 09:50
Təbiətə virtual tamaşa etməyin beyinə gözlənilməz təsiri araşdırılıb
21.10.2026 | 08:55
Dünya şəhərlərində minlərlə naməlum virus gizlənir
21.10.2026 | 07:51
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

