Reflüks xəstəliyi - Yaranma səbəbləri, müayinə və müalicəsi
14.07.2023 09:56
Mədə möhtəviyyatının qida borusuna geri atılması və onu zədələməsi reflüks xəstəliyi adlandırılır. Bu, tez-tez rast gəlinən xəstəliklərdən sayılır.
Nərimanov Tibb Mərkəzinin Qastroentrologiya şöbəsinin müdiri Gülnarə Həmidova Aztibb.az-a bildirib ki, reflüks zamanı mədədəki maddələr qida borusuna atılır, bu isə normal deyil. Belə ki, qida borusu, qidanın geriyə deyil, mədəyə daxil etmək funksiyasını daşıyan orqandır:
"Özü-özlüyündə qastroezofageal reflüks patoloji proses deyil. Sağlam adamda reflüks gün ərzində bir neçə dəfə rast gəlinə bilər (məsələn, yağlı yeməkdən sonra). Yəni, günə bir-iki reflüks normal sayılır. Lakin reflüks müntəzəm olaraq özünü göstərirsə və bu, mədədəki maddələrin çoxlu miqdarda xaric olunması ilə müşayiət olunursa, artıq söhbət ciddi patologiyadan gedir. Belə əlamətlər qida borusu iltihabına və bir sıra başqa simptomlara gətirib çıxara bilər".
Həkimin sözlərinə görə, reflüks daha çox yaşlı insanlara aid xəstəlikdir, kişilərdə qadınlara nisbətən 2 dəfə çox rast gəlinir. Reflüks xəstəliyinin yaranmasına bir sıra faktorlar səbəb ola bilər.
Bura mədənin xora xəstəliyi və ya qastrit, diafraqmanın qida borusu hissəsinin yırtığı, aşağı qida borusu sfinkterinin tonusunu aşağı salan preparatların qəbulu aid ola bilər.
Gülnarə Həmidova qeyd edib ki, bundan başqa, aşağıdakıların yan təsirləri də reflüks xəstəliyinə təkan verə bilər:
Tütün istifadəsi;
Hamiləlik;
İnfeksion xəstəliklər;
Mədə şişləri;
Xroniki pankreatit və ya xolesistit;
Spirtli içkilər və s.
"Reflüks xəstəliyinə şübhə yaranarsa, xəstəliyin ağırlıq dərəcəsini müəyyənləşdirmək məqsədilə bir sıra diaqnostik prosedurların həyata keçirilməsi vacibdir. Əsas prosedur - qida borusu səthinin və mədənin endoskop vasitəsilə müayinəsidir. Həmçinin rentgenoloji müayinə, mədə daxili maddələrin turşuluğunun müəyyənləşdirilməsi, manometriya, billimetriya, stintiqrafiya və s. tətbiq oluna bilər", - deyə şöbə müdiri bildirib.
Bu bölməyə aid digər xəbərlər
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Düz bağırsaq sallanması - Hansı əlamətlərə diqqət yetirmək lazımdır?
21.10.2026 | 13:31
Plastiklərdəki üç kimyəvi maddənin birgə təsiri xərçənglə əlaqəli genləri aktivləşdirir
21.10.2026 | 10:00
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

