Tez yetişməsi keyfiyyətinin pis olması demək deyil – Nələrə diqqət yetirilməli?
13.07.2023 09:53

92%-i sudan ibarət olan qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium və maqneziumla zəngindir. Qarpız xərçəng, ürək-damar, dəri və böyrək xəstəlikləri, eləcə də həzm sistemi və iltihab əleyhinə təsirlidir.

Aztibb.az mütəxəssislərin fikirlərinə əsaslanaraq, sağlam qarpız seçərkən bilməli olduğunuz məqamları diqqətinizə çatdırır.
Gübrə verilmiş qarpızlarla gübrə verilməmiş qarpızları necə ayırd edə bilərik?

Gübrəsiz qarpızlar al-qırmızı rəngdə olur, içərisində nazik çəhrayı zoğlar ola bilir və nisbətən az şirin olur. Gübrəsiz qarpıza bıçaq dəyən kimi partlayır. Gübrəli qarpızların qabığı 1 sm qalın olur, içərisində qalın zoğlar olur və daha şirin olurlar.

Ümumiyyətlə qarpızı çox yemək zəhərlənmə həddinə gətirib çıxara bilər.

Əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir.

Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir.

Qarpız kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir.

Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan saralmış səthi isə onun torpaqla təmas etdiyi yerlərdir.

Oval olan qarpızlar sulu, yumru olanlar isə şirin olur. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev