Metabolizmanı artıran QİDALAR
16.07.2023 10:47
İnsanın sutka ərzində normal fəaliyyət göstərmək üçün orta hesabla 1200-1400 kkall enerjiyə ehtiyacı var. Bu ehtiyac qəbul edilmiş qida maddələrinin hesabına əmələ gəlir. Bu proses su və metabolizimdə iştirak edən fermentlərin iştirakı ilə həyata keçirilir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Nərimanov Tibb Mərkəzinin Endokrinologiya şöbəsinin müdiri Leyla Abbasova bildirib.
 
Həkim qeyd edib ki, suyun qəbulunun azalması qida maddələrinin enerjiyə çevrilməsi prosesini yəni, metabolizm prosesini zəiflədir. Metabolizmin sürətinin yüksəlməsi məqsədimiz olduqda, ilk növbədə, pasiyent tərəfindən qəbul edilən suyun miqdarını 2-3 litrə qədər artırmaq məqsədəuygundur. Bu, həm də metabolim nəticəsində əmələ gəlmiş qalıq maddələrin orqanizmdən kənarlaşmasını təmin edir:
 
"Digər tərəfdən metabolizmin sürətininin fermetlərin aktivliyindən və miqdarından da asılı olduğunu bilirik. Bu fermentlərin orqanizmdə sintezi, proseslərin sürətinə təsiri qida ilə qəbul edilən vitamin və mikroelementlərdən asılıdır".
 
Leyla Abbasovanın sözlərinə görə, metabolizmin sürətlənməsində əsas faktorlardan biri və ən vacibi fiziki aktivlikdir. Xaricdən orqanizmə daxil olmuş enerji ilə, onun həyat fəaliyyətinə sərf etdiyi enerji arasındakı asılılıq məhz fiziki aktivliklə müəyyənləşir. Bu asılılıq arasında əmələ gəlmiş fərq insanların çəkisini formalaşdırır. Çəkinin azalmasına təsir edən digər vacib faktor isə gecə yuxusunun normal və stabil olmamasıdır. Buna görə, ilk növbədə gecə yuxusunun kefiyyəti artırılmalıdır.
 
Endokrinoloq əlavə edib ki, qidanın miqdarı və tərkibi onun əmələ gətirdiyi enerjinin miqdarına birbaşa təsir edir. Əgər məqsədimiz çəkinin azalmasıdırsa, deməli qidanın tərkibində kalorisi çox olan qidaların, yəni tez həll olan karbohidratların (un və şəkər tozu məmulatlarının) və yağın qəbulu azaldılmalıdır. Əvəzinə zülal qəbulu artırılmalıdır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır