Hansı xəstələrdə ürək əməliyyatı qoltuqaltından edilir? - Uzman həkim AÇIQLADI
07.07.2023 10:18
Qoltuqaltından girilərək edilən ürək əməliyyatları kişi, qadın, gənc, yaşlı hər kəs üçün üstünlükləri olan bir metoddur.
 
Bu barədə Aztibb.az-a Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib. 
 
Uzman həkim bildirib ki, bu minimal invaziv ürək əməliyyatı xəstənin qoltuqaltı bölgəsindən 3-5 sm-lik kəsik aparılmaqla həyata keçirilir. Hər hansı bir sümük kəsiyi edilmir, ürəyə qabırğalar arasından girilir.
 
Onun sözlərinə görə, daha öncə döş qəfəsi sümüyü kəsilərək əməliyyat olmuş xəstələrdə ikinci əməliyyata ehtiyac yaranarsa, qoltuqaltından girilərək edilən ürək əməliyyatı çox avantajlıdır. Bütün ürək qapaq əməliyyatlarında, qapaq dəyişilməsi və ya təmiri əməliyyatlarında rutin olaraq bu metod istifadə olunur. 2 ya da 3 qapağa eyni anda müdaxilə etmək mümkündür.
 
"Öncədən Bypass və ya qapaq əməliyyatı olmuş xəstələrdə ikinci qapaq əməliyyatının qoltuqaltından edilməsi bizə böyük üstünlüklər qazandırır. Anadangəlmə ürək xəstəlikləri, ürək dəlikləri, ürək şişləri də bu metodla əməliyyat edilə bilər.
 
Hazırda çox sayda damar Bypassları qoltuqaltından girilərək edilir. Mitral, aorta qapaq və trikuspidal qapaq cərrahiyyəsi olacaq xəstələrdə bu metod rahatlıqla tətbiq edilməkdədir", - deyə Cabir Gülmalıyev qeyd edib. 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır