"Kök insanlarda böyrək daşlarının, böyrəklərin bədxassəli şişlərinin yaranma riski daha çoxdur" - Nefroloq 
03.07.2023 10:15
Obezlik, yəni normadan artıq çəki və ya piylənmə bütün dünyada və ölkəmizdə tezliyi epidemiya şəklində artan, müalicəsi çətin olan, bütün sistemlərə təsir edən xroniki, metabolik bir xəstəlikdir. Bədən kütləsi indeksi (BKİ) bir insanın çəkisinin onun boyunun kvadratına bölməklə əldə edilən ölçüdür, əgər indeks 25 kq/m2 ilə 30 kq/m2 arası və daha yuxarı olarsa, bu, obezlik sayılır.
 
Aztibb.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Nefrologiya və hemodializ şöbəsinin müdiri, həkim-nefroloq Xəyalə Quluzadə bildirib ki, piylənmə qida ilə alınan enerjinin xərclənən enerjidən artıq olması nəticəsində bədənin yağlı kütləsinin artmasıdır. Bu zaman çəki artımı piy toxumasının artması hesabına olur. Piylənmə genetik meyl, hormonal səbəblər, yanlış qidalanma vərdişləri və oturaq həyat tərzi nəticəsində yarana bilər. Ancaq bu amillər arasında ən çox piylənməyə səbəb olanlar həddindən artıq qidalanma, qeyri-sağlam və oturaq həyat tərzidir:
 
“Obezlik ciddi bir sağlıq problemidir, istər dolayı yolla, istərsə də, birbaşa olaraq insan həyatını risk altına almaqdadır. Başda qan-damar sistemi olmaqla bütün orqanizmi, həmçinin böyrəkləri zədələyir. Araşdırmalar göstərir ki, piylənmə olan insanlarda xroniki böyrək xəstəlikləri digər əhali qrupuna görə 83% daha artıq görünməkdədir. Piylənmə ürək xəstəlikləri, şəkərli diabet, hipertoniya, yüksək xolesterol, obstruksiya, yuxu apnesi, hipoventilyasiya (Pickwcik sindromu), tromboemboliya, dərin vena trombozları, qaraciyər yağlanması, öd kisəsi xəstəlikləri, podaqra xəstəliyi, kalsifikasiya, müxtəlif xərçəng, miqren atakları, depressiya, digər psixi pozğunluqlar və s. kimi xəstəliklərə səbəb olmaqla ümumi əhali arasında ölüm riskini artırır və həyat keyfiyyətini aşağı salır”.
 
Həkimin sözlərinə görə, yüksək arterial təzyiq, şəkərli diabet, yuxuda apnoe kimi xəstəliklər də birbaşa böyrəklərin zədələnməsinə gətirib çıxarır. Nefroloq qeyd edib ki, piylənmə ilə bağlı böyrək xəstəliklərinin başlanğıcı asemptomatik və sakitdir. Bütün bunlarla bərabər obez insanlarda böyrəklər artıq çəkili orqanizmdə mübadilənin son məhsullarını süzərkən daha çox işləməli olurlar, bu da böyrək daxili təzyiq artımına və böyrəklərdən zülal itkisinə səbəb olur. Nəticədə bu xəstələrdə obezitə ilə əlaqəli glomerulopatiyaların yaranmasına səbəb olur. Piylənmə ilə əlaqədar böyrək zədələnməsi haqqında araşdırmalarda glomeruli səviyyəsində zədələnmə ilə bağlı daha çox tədqiqat aparılıb, tubulopatiyanın inkişafını araşdıran tədqiqatlar məhduddur. Bu, xəstələrdə çəki verdikcə proteinuriyada da azalma izlənməkdədir.
 
Xəyalə Quluzadə, həmçinin bildirib ki, obez xəstələrdə böyrək daşlarının, böyrəklərin bədxassəli şişlərinin yaranması riski də digər insanlara nisbətən daha çoxdur:
 
“Obez insanlarda təhlükəsiz və sağlam şəkildə arıqlamaq, həftədə ən az 300 dəqiqə fiziki fəaliyyət, həftədə ən az iki dəfə əzələ gücləndirici hərəkətlər, sağlam qidalanma və qida porsiyasına nəzarət, hətta bəzi hallarda piylənmə (arıqlama) əməliyyatı tövsiyə olunur. Piylənmənin qarşısını almaq üçün tövsiyələrə yağ və şəkərdən enerji qəbulunun məhdudlaşdırılması, təzə meyvə və tərəvəzlərin istehlakının artırılması və müntəzəm fiziki fəaliyyətlə məşğul olmaq (uşaqlar üçün gündə 60 dəqiqə, böyüklər üçün isə həftədə 150 dəqiqə) daxildir”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır